Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KEÇMİŞ VƏ GƏLƏCƏK GÜNAHLARIN BAĞIŞLANMASINA SƏBƏB OLAN ƏMƏLLƏR (Gözəl Dəstəmaz Almaq )

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfislərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə, o doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

Allah subhanahu və təalanın hər şeyin sahibi olduğu məlumdur. Ona görə də; “Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur” (Taha, 6). Istədiyi quluna istədiyini verməsinin olduqca təbii olması başa düşülür.

Qədir gecəsinin min ildən xeyirli olduğu sabitdir. İnsan ilin bəzi gecələrində bu gecədən daha çox əməl edə bilər. Fəqət bu gecədə edilən əməllər digərlərindən otuz min qat daha fəzilətlidir. Allah təala buyurur: “Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!” (Hədid, 21).

Bəzi əməllərin “keçmiş və gələcək günahları əfv edəcəyi” məsələsi, öz hava və həvəsindən danışmayan və düm dürüst olan Allah Rəsulunun sallallahu aleyhi və səlləm dili ilə ifadə edilmişdir. Bu hədislərdən ümumiyyətlə başa düşülən, günahların bağışlanmasıdır. Fəqət bunlar başqa hədislərlə birlikdə mütailə edildiyində, bəzilərinin kiçik günahlar haqqında olduğu anlaşılır. İbn Həcər rahiməhullah buyurur: “İmamlar, Rəsulullahın sallallahu aleyhi və səlləm Bədir əhli haqqındakı-“Uca Allah onlara müraciət etdi və istədiyinizi edin: Mən sizi bağışladım”- hədisi haqqında danışmışlar.

Bəzilərinə görə bu onları şərəfləndirmək üçündür və bunda qəsd, bu vəddən dolayı “Bədirdə iştirak edənlərin etdikləri əməllərə görə hesaba çəkilməyəcəkləri”dir.

Bəzilərinə görə isə bundan qəsd edilən: “edəcəkləri hər bir günahın bağışlanmış olaraq meydana gəlməsidir.”

Bu mənada başqa hədislər vardır.

Bunlardan biri İmam Muslimin rahiməhullah Əbu Qatadən radiyallahu anhu rəvayət etdiyi “Ərəfə gününün orucu biri keçən, digəri gələcək il olmaq üzrə iki ilin günühlarını silir” hədisdir. Bu hədis bir ilin günahlarının silinməsi ilə əlaqədar olsa da, mühüm olan “günahın hələ meydana gəlmədən bağışlanmasına“ dəlalət etməsidir. Nəticə etibarilə bunun mümkün olduğuna dəlalət edir.

İbn Hibbanın, Səhihində, Həzrəti Aişə möminlərin anasından radiyallahu anhədən rəvayət etdiyi bu hədis də bu qəbildəndir. Aişə radiyallahu anhə buyurur: “Bir gün Rəsulullahı sallallahu aleyhi və səlləm yaxşı əhval ruhiyyədə gördüm və “Ya Rəsulullah! Mənə dua et” dedim. Rəsulullah sallallahu aleyhi və səlləm “Allahım! Aişənin keçmiş və gələcək, gizlətdiyi və aşkara çıxartdığı günahlarını bağışla” dedi.

(Heysəmi, Məcmada: “Bunu Bəzzar rəvayət etmişdir. Əhməd bin Mansur ər-Ramadidən başqa bütün raviləri Səhihin raviləridir; o isə siqadır” demişdir. Zürqani isə “Şərhul Məvahibil-Lədunnyyəsində (2/235) belə demişdir: “Təbərani və Bəzzar siqa ravilər yolu ilə, ayrıca İbn Hibban Hz Aişədən (radiyallahu anhə) belə rəvayət etmişlər....”

İnsanlara Rəhmli və Mərhəmətli Rəbbimiz olan Allah tərəfindən rəhmət olaraq göndərilən Peyğəmbərimizin sallallahu aleyhi və səlləm ümmətinə belə dua etməsi bunun mümkün olduğuna dəlalət edir. İnşallah Abbas bin Mirdas hədisində görəcəyiniz kimi Rəsulullah sallallahu aleyhi və səlləm Ərəfə günü Allahdan bunu rica etmiş, istəyi qul haqqları istisna olmaqla qəbul edilmişdir. Müzdəlifənin səhəri isə ümmətinin isitisnasız bütün günahlarının bağışlanmasını istəmiş və bu istəyi istisnasız qəbul edilmişdir. İbn Həcər, Mə`rifətu`l-Hisali`l-Mukəffirəti s.31-34

İndi isə əziz qardaş və bacılarımız keçmiş və gələcək günahları silən əməlləri bir-bir zikr etməyə başlayaq

1.Gözəl Dəstəmaz Almaq
Osmanın radiyallahu anhu köləsi Himran bin Əban rəvayət edir: “Soyuq bir gecə idi. Osman radiyallahu anhu namaza getmək üçün məndən dəstəmaz suyu istədi. Suyu üzünə və əllərinə çox sürtdü. “Kifayətdir, tam dəstəmaz aldın. Üstəlik bu gecə soyuqdur” dedim. Mənə “Tök; Mən Rəsulullahdan sallallahu aleyhi və səlləm belə eşitdim: “Hər hansı bir qul gözəl dəstəmaz alsa keçmiş və gələcək günahları bağışlanır.”

(Həsəndir. Bəzzar rəvayət etmişdir. Heysəmi Tərğib və Tərhibdə (1/237): Hədisi Bəzzar rəvayət etmişdir. Hədis Allahın izni ilə həsəndir, demişdir. Munziri Tərğib və Təhribdə (1/103): “Bəzzar həsən bir rəvayət zənciri ilə rəvayət etmişdir” demişdir. İbn Rəcəb də “İxtiyaru`l-Uulə”də: İsnadı pis deyil, demişdir.

İbn Həcərin söylədiyi kimi bunu ayrıca İbn Əbi Şeybə “Müsənnəf”ində və “Müsnəd”ində, Nəsainin şeyxi Əbu Bəkir Əhməd bin Əli bin Səid əl-Mərvəzi də “Müsnəd-i Osman” kitabında qeyd etmişdir. İbn Həcər belə demişdir: “Bunu sadəcə Mərvəzi rəvayət etməmişdir, başqaları da rəvayət etmişdirlər: Muhəmməd bin Səid bin Yezid bin İbrahim ət-Tustərii ilə Bəzzar bunlardan bəziləridir”.

İbn Həcər, “Mə`rifətu-l Xisalil-Mukəffirəti” kitabında (s. 39) belə demişdir: “Dəstəmazın fəzilətləri haqqınadakı bu hədisi ayrıca Buxari və Muslim, yenə Himrandan bir neçə yolla rəvayət etmişdirlər. Ancaq bunların heç birində “gələcəkdəki” əlavəsi yoxdur.

Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurur: “Hər kim belə dəstəmaz alarsa keçmiş günahları bağışlanar. Namaza və məscidə getməsi isə onun üçün nafilə ibadət yerinə keçər”. (Muslim, Osmandan rəvayət edir)

Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurur: “Hər kim belə dəstəmaz alarsa, sonra məscidə gedərsə, əgər onu ora sadəcə namaz qılmaq niyyəti apararsa günahları bağışlanar.” (Muslim, Osmandan rəvayət edir)

Allah Rəsulu sallallahu aleyhi və səlləm yenə belə buyurur: “Kim əmr olunduğu kimi dəstəmaz alarsa, əmr olunduğu kimi namaz qılarsa, keçmiş günahları bağışlanar.”Həsəndir: Əhməd, Nəsai və İbn Hibban, Əbu Əyyub və Ukbə bin Əmirdən rəvayət etmişlər. Albani Sahihu`l-Camii`s-Sağirdə (hədis N:6172) hədisin həsən olduğunu qeyd etmişdir.

Osman radiyallahu anhudan gələn bir rəvayətə görə Rəsulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur: “Kim dəstəmaz alarsa, onu gözəl edərsə, günahları bədənindən çıxar; dırnağının altındakılar belə.” Əhməd və Muslim rəvayət etmişdir.

Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurur: “Hər kim bu şəkildə dəstəmaz alarsa, sonra məscidə gedərsə və iki rükət namaz qıldıqdan sonra oturarsa keçmiş günahları bağışlanar. Elə isə aldanmayın.”Buxari və İbn Macə Osmandan rəvayət etmişdirlər.

Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: “Mömin qul dəstəmaz aldığı zaman; məzməzə etdiyində ağzından günahları tökülər, burnuna su alıb suyu məzməzə etdiyində burnundan günahları tökülər, üzünü yuyarkən üzündən günahları tökülər. (Qolları ilə birlikdə) əllərini yuduğunda-dırnaqlarının altı daxil olmaqla-əllərinin hər tərəfindən günahları tökülər. Başına məsh edəndə-qulaqları daxil olmaqla-hər tərəfindən günahları tökülər. Ayaqlarını yuduğunda-dırnaqları daxil olmaqla-ayaqlarının hər tərəfindən günahları tökülər. Sonra məscidə getməsi və namaz qılması onun üçün nafilə (əlavə savab gətirən əməl) olar.” Səhihdir. Malik, Əhməd, Nəsai və Hakim, Abdullah əs-Sanabhidən rəvayət etmişdirlər. Albani Sahihu`l-Camii`s-Sağirdə (hədis N:449) bunun səhih olduğunu bildirmişdir.

Əbu Hureyrə radiyallahu anhudan gələn bir rəvayətə görə Rəsulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur: “Müsəlman-və ya mömin-dəstəmaz aldığında; üzünü yuduğunda üzündən, gözü ilə baxdığı hər günah su ilə-və ya suyun son damcısı ilə-birlikdə çıxır. Əllərini yuduğunda əllərindən, onların vasitəsilə etdiyi hər günah su ilə-və ya suyun son damcısı ilə-birlikdə çıxır. Ayaqlarını yuduğunda ayaqlarından, onlarla yürüyərək etdiyi hər günah su ilə-və ya suyun son damcısı ilə-birlikdə çıxır. Sonda insan günahlardan tamamilə təmizlənir.” Malik, Şafii, Muslim və Tirimizi rəvayət etmişdirlər.

Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurur: “Müsəlman şəxs dəstəmaz aldığında günahları qulağından, gözündən, əllərindən və ayaqlarından çıxır və o, günahları bağışlanmış olaraq oturur.”Həsəndir. Əhməd və Təbarani-əl-Mu`cəmu`l-Kəbirdə-rəvayət etmişdirlər; Albani Sahihu`l-Camii`s-Sağirdə (hədis N:448) həsən olduğunu qeyd etmişdir.

Böyük hədis alimi İbn Həcər dəstəmaz və dəstəmazın günahların bağışlanmasına səbəb olması xüsusunda Fəthu`l-Baridə (1/313) belə deyir: “İfadələrin zahirindən böyük və kiçik günahların hamısını əhatə etdiyi başa düşülür. Lakin alimlər, hədisin bir çox rəvayətində böyük günahlar istisna edilmiş olduğundan dolayı, bunun sadəcə kiçik günahlar haqqında olduğunu bildirmişlər. Bu hədis böyük və kiçik günahları olan şəxslər haqqındadır; əgər insanın sadəcə kiçik günahları varsa bunlar (miqdarı qədər) silinir. Ayrıca böyük günahları varsa, bunlar o kəsdən, kiçik günahların silinməsinə bərabər olan nisbətdə yüngülləşdirilir. Əgər insanın böyük və kiçik günahı yoxsa, ona o miqdarda savab yazılır.”

Sənin kimi bəxtəvər kim var ey insanoğlu! Səninlə dəstəmaz arasında günahların bağışlanması qoyulmuşdur. Sən də Rəsulullah sallallahu aleyhi və səlləmin dəstəmaz almaq şəklinə bax və Onun (sallallahu aleyhi və səlləm) kimi et. Ona heç bir şey əlavə etmə.


Tarix: 18.04.2013 / 14:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Maraqlı melumatlar
loading...