beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHA OLAN SEVGİNİ ARTIRMAĞIN YOLLARI

"Əgər şükür etsəniz sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz mənim əzabım həqiqətən də şiddətlidir". (İbrahim 7).

İbn Teymiyyə Allaha qarşı olan sevgini artırmağın bir neçə yolunu göstərmişdir:
1. Qurani-Kərimi oxuyub onun mənaları və məzmunu haqqında Tədəbbür – oxumaq, öyrənmək və başa düşmək.
İbn Məsud (r.a) rəvayət edir ki: "Bizdən birimiz on ayə öyrəndikdən sonra, onların mənasını dərk edib əməl etmədikcə başqa ayə öyrənməzdik. Elmlə əməli birləşdirərdik".(İbn Kəsir 1/ 2.)

2. Fərz əməllərlə yanaşı Allaha nafilə ibadətlərlə yaxınlaşmaq. Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.)demişdir: "Allah buyurur: "Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hərb elan edərəm. Qulumun Mənə sevimli olan və onun vasitəsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sığınacaq verərəm.....(əl-Buxari 6021, 6502.)

3. Hər bir vəziyyətdə Allahı dildə, qəlbdə və sözdə tərif etmək. Bəndənin sevgisinin dərəcəsi məhz bundan aslıdır.

4. O, şeyə qarşı olan sevgiyə baxmayaraq öz sevdiklərini Allahın sevdiklərinin yanında ikinci plana qoymaq.

5. Quran və Sünnədə keçən Allahın gözəl İsimlərini öyrənmək, onların mənalarını başa düşməkdə və onlarla ibadət etməkdə istəkli və həris olmaq. İbn Teymiyyə deyir: "Mətləblərin ən ucası və qayələrin ən böyüyüdür. Nəfslərin bilmək istədikləri və yönəldikləri şeylərin içərisində ən şərəflisidir. Allahın İsim və Sifətlərini bilmək hidayətin əsasıdır".

6. Qəlbin Allah qarşısında zəlil olması.

7. Gecənin son üçdə birində Rəbbinin Kitabını oxuyaraq bağışlanma diləmək və tövbə etmək.

8. Allahın verdiyi bütün gizli və aşkar nemətləri etiraf etmək; "Əgər şükür etsəniz sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz mənim əzabım həqiqətən də şiddətlidir". (İbrahim 7).

9. Qəlblə Allah arasına girən hər şeydən uzaqlaşmaq; "De ki: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz". (ət-Tövbə 24). İbn Teymiyyə  deyir: "Allahın Rəsulunun  ardınca getməyib, onun əmrlərini başqa əmrlərdən üstün tutmayıb onu sevdiyini bəyan edənlər yalan danışırlar; "Allaha, Peyğəmbərinə iman gətirdik, itaət etdik – deyər, bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mömin deyillər". (ən-Nur 47).


Tarix: 10.04.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Maraqlı melumatlar