beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Edilməsi qadağan olunan əməllər

Qadağan olunmuş əməllər
Peyğəmbərdən (s.a.v) səhih hədislərdə buyrulmuşdur:
1.Təkəbbürlük
"Qəlbində misqal qədər təkəbbürlülük olan cənnətə daxil olan deyil." Təkəbbürlülük haqqı inkar etmək və insanları özündən alçaq görməkdir.

2.Riyakarlıq və özünü göstərmək
"Kim özünü göstərərsə, Allah da qiyamət günü onu biabır edər. Kim riyakarlıq edərsə, Allah təalə onun riyakar olduğunu hər bir məxluqa aşkar edər."

3.Tərbiyəsizlik
"Qiyamət günü Allah yanında ən şər təbəqə insanlar, başqalarının onu tərbiyəsizliyindən çəkinib, tərk etdiyi kimsədir."

4.Yalan
"İnsanları güldürmək üçün yalan danışanın vay halına, vay halına, vay halına."

5.Günahlar və fitnələr
"Fitnələr qəlblərə həsir toxumaları kimi dənə-dənə gələcəkdir. Bu fitnəni qəbul edən qəlbə bir qara nöqtə vurular."

6.Cəsusluq
"Kənar adamların eşitməsini istəməyən və ya gizlinə çəkilib söhbət etmək istəyənlərin söhbətinə qulaq asanın qulağına qiyamət günü əridilmiş qurğuşun töküləcəkdir."

7.Rəsm çəkmək
"Qiyamət günü ən şiddətli əzab görən insanlar rəsm çəkənlərdir." "İçərisində surət və ya it olan evə mələklər daxil olmazlar."

8.Nəmmamlıq
"Nəmmam cənnətə girən deyil." Nəmmamlıq, fitnə-fəsad törətmək üçün insanlar arasında söz gəzdirməkdir.

9.Qeybət
"Bilsiniz qeybət nədir? Səhabələr (r.a) dedilər: Allah və Rəsulu daha yaxşı bilər! Peyğəmbər (s.a.v) dedi: Qeybət, qardaşın haqqında xoşlamadığı şeyi danışmaqdır. Səhabələr dedilər: Əgər mənim dediyim həqiqətən də qardaşımda varsa necə? Peyğəmbər (s.a.v) dedi: Əgər sənin dediyin onda varsa, qeybət edirsən, dediyin onda yoxdursa, böhtan atırsan."

10.Lənətləmək
"Mömini lənətləmək onu öldürmək kimidir." "Lənət edənlər qiyamət günü şəfaətçi və şəhid olan deyillər."

11.Sirri ifşa etmək
"Qiyamət günü Allah yanında ən şər təbəqəli insanlar, ər və arvad bir-biri ilə yaxınlıq edib, sonra arvadının sirrini insanlara yayandır."

12.Qadının ətirlənib çölə çıxması
"Hər bir göz zina edər. Qadın da ətir vurub, bir dəstə insanın yanından keçərsə, o da zina etmiş (zinaya zəmin yaradıb o qədər günah qazanan) kimidir."

12.Müsəlmanı kafirlikdə ittiham
"Əgər bir insan öz qardaşına: Ey Kafir! – deyərsə, bu söz ikisindən birinə çatar. Əgər dediyi kimidirsə, heç, əks halda, sözü özünə qayıdır."

13.Özünü atasından başqasına nisbət edən
"Kim bilərəkdən özünü qeyri atasında (onun oğlu olduğunu) nisbət edərsə cənnət ona haram olar." "Kim öz atasından imtina edərsə küfr edər."

14.Müsəlmanı qorxutmaq
"Bir müsəlmanın digər müsəlmanı qorxutması ona halal deyil." "Kim qardaşına tərəf dəmir parçası uzadarsa, onu geri çəkədə qədər mələklər ona lənət oxuyarlar."

15.Münafiq və fasiqə seyid və ya ağa demək
"Münafiqə seyid (ağa, cənab) deməyin. Əgər o seyid olsa, onda siz Rəbbinizi qəzəbləndirmiş olarsınız."

16.Qadının ərinə imtina etməsi
"Bir kişi arvadını yatağına çağırar qadın isə gəlməkdən imtina edərsə, səhərə qədər mələklər ona lənət edərlər."

17.Rəiyyəti aldatmaq
"Allah taalanın rəiyyət üzərində hakim etdiyi bir bəndə öz hakimiyyəti zamanı onları aldadarsa, Allah taala ona cənnəti haram edər."

18.Elmsiz fətva vermək
"Elmsiz fətva verilənin günahı ona fitva verənin üzərinə düşür."

19.Qadının boşanmağı tələb etməsi
"Hər hansı qadın heç bir səbəb olmadan ərindən boşanmağı tələb edərsə, cənnətin iyi ona haram olar."

20.Heyvanların boynuna zınqırov asmaq
"İt və zınqırov olan dəstəni mələklər müşayiət etməzlər." "Zınqırov şeytanın çalğı alətidir."

21.Səhlənkarlıq edib cüməni tərk etmək
"Kim cüməyə səhlənkar yanaşıb, onu üç dəfə tərk edərsə, Allah onun qəlbinə xətm vurar." Bu, cüməni üzürsüz tərk edənə aiddir.

22.Torpağı qəsb etmək
"Kim zülm ilə bir qarış torpağı qəsm edərsə, Qiyamət günü Allah təalə ona yeddi qat yeri yükləyər."

23.Allahı qəzəbləndirən bir söz danışmaq
"İnsan nə danışdığına əhəmiyyət vermədən Allahı qəzəbləndirən bir söz danışmaqla yetmiş il cəhənnəm əzabına məhkum edilər."

24.Çox danışıb Allahı zikr etməmək
"Allahı zikr etməmiş çox danışmayın. Çünki Allahı zikr etməyib çox danışmaq qəlbi sərtləşdirir."

25.Süni saç (parik) qoyan və qoyduran (saçını parik düzəltmək üçün verən)
"Allah parik qoyanı və qoyduranı, tatuirovka edəni və etdirəni lənətləmişdir."

26.Müsəlmanların küsülü qalmaları
"Bir möminin öz qardaşı ilə üç gündən artıq küsülü qalması halal olmaz." "Kim qardaşı ilə bir il küsülü qalarsa, bu onun qanını tökmək kimidir."

27.Özünü qeyri cinsə oxşatmaq
"Peyğəmbər (s.a.v) özlərini kişilərə oxşadan qadınları və özlərini qadınlara oxşadan kişiləri lənətləmişdir."

28.Hədiyyəsini geri götürən
"Hədiyyəsini geri götürən, qusduğunu yalayan it timsalındadır." "Bir insanın hədiyyə verib, sonra onu geri götürməsi halal deyil."

29.Elmi dünya mənfəətləri üçün öyrənmək
"Kim Allah rizasına öyrənilən bir elmi sırf dünya məqsədləri üçün öyrənərsə, qiyamət günü cənnətin iyini hiss edən deyil."

30.Yad qadınlara baxmaq
"Adəm övladının zinadan olan payı artıq yazılmışdır. O, mütləq bununla qarşılaşacaqdıq. Gözün zinası baxmaq, qulağın zinası dinləmək, dilin zinası danışmaq, əlin zinası isə toxunmaqdır... ürək isə arzulayır, meyillənir. Cinsiyyət orqanı isə bunu təsdiq və ya təkzib edir."

31.Yad qadınla tənha qalmaq
"Heç kəs yad qadınla tənha qalmasın. Bu halda üçüncüsü şeytan olar."

32.Qadının vəlisiz evlənməsi
"Vəlisinin icazəsi olmadan ərə gedən qadının kəbini batildir, kəbini batildir, kəbini batildir."

33.Şiğar nikahı
"Peyğəmbər (s.a.v) şiğar nikahını qadağan etmişdir." Şiğar nikahı, bir kimsənin öz qızını arada mehr olmadan qarşı tərəfə ərə verərək, əvəzində onun qızını istəməsidir.

34.Əməlini insanların naminə görmək
"Uca Allah buyurur: Mən (şərikliyə iddialı olan) şəriklərdən fərqli olaraq heç kimə möhtac deyiləm. Kim bir iş görüb, işində başqasını mənə şərik qoşarsa, onu və əməlini rədd edərəm."

35.Qadının məhrəmsiz səfərə çıxması
"Allaha və axirət gününə iman gətirən qadının bir günlük məsafəyə məhrəmsiz səfərə çıxması halal olmaz."

36.Ölünün arxasınca vay-şivən qoparmaq
"Arxasınca vay-şivən qoparılan adam qiyamət günü buna görə əzab çəkər." "Peyğəmbər (s.a.v) vay-şivən qoparanı və onu dinləyəni lənətləmişdir."

37.Namaz qılanlara əziyyət vermək
"Kim soğan, sarımsaq və kəvər yeyərsə, məscidimizə yaxınlaşmasın. Adəm oğluna əziyyət verən şeylər mələklərə də əziyyət verir."

38.Allahdan başqasına and içmək
"Kim Allahdan başqasına and içərsə, küfr və ya şirk edər." "Kim and içmək istəyirsə, Allaha and içsin, əks halda, sussun."

39.Yalan and
"Kim yalandan and içər və bununla müsəlmanın malını haqsız mənimsəyərsə, Allahla qarşılaşarkən Allah ona qəzəbli olar."

40.Alış-veriş edərkən and içmək
"Alqı-satqı zamanı çox and içməyin. Bununla malın eyibi örtülür, bərəkəti itir." "And içmək malın eyibini örtər, bərəkətini də aparar."

41.Özünü kafirlərə oxşadan
"Kim özünü bir topluma oxşadarsa, o da onlardandır."

42.Həsəd
"Həsəd etməkdən çəkinin. Həqiqətən od odunu yandırıb kül etdiyi kimi, həsəd etmək də savabları elə məhv edir."

43.Qəbirin üzərində tikili tikmək
"Peyğəmbər (s.a.v) qəbirlərin ucaldılmasını, onların üzərində oturulmasını və üstündə tikili tikilməsini qadağan etmişdir."

44.Xəyanət etmək
"Qiyamət günü Allah təalə bütün insanları topladıqda xəyanət edən hər kəs üçün bir bayraq qaldırılacaq və deyiləcəkdir: Bu filankəs oğlu filankəsin xəyanətinin əlamətidir."

45.Qəbirin üstündə oturmaq
"Közün üstündə oturub paltarını, sonra da dərisini yandırmaq qəbirin üstündə oturmaqdan daha xeyirlidir."

46.Qadının yas saxlamaqda həddini aşması
"Allaha və axirət gününə iman gətirən qadının öz ərindən başqası üçün üç gündən artıq yas saxlaması halal deyil..."

47.Dilənçilik qapısını açan
"Üç şey vardır ki, mən buna görə and içir və sizə deyirəm. Bunları yaxşı yadınızda saxlayın: ... Əgər bir bəndə dilənçilik qapısını açarsa, Allah təalə də onun üzünə kasıblıq qapısını açar."

48.Malın qiymətini qaldırmaq üçün əlbir olmaq
"Peyğəmbər (s.a.v) şəhərlinin kəndliyə satmasını, malın qiymətini qaldırmaq üçün əlbir olmağı və başqa müsəlmanın satışına qarışmağı qadağan etmişdir."

49.İtirdiyini tapmaq üçün məsciddə elan vermək
"Bir insanın itirdiyini məsciddə elan etdiyini görən belə desin: Allah onu sənə qaytarmasın. Məscidlər bunun üçün inşa edilməyib."

50.Namaz qılanın önündən keçmək
"Namaz qılanın önündən keçən bunun günahını bilsəydi, orada qırx gün dayanmağı keçməyindən daha xeyirli olardı."

51.Əsr namazını tərk etmək
"Kim əsr namazını tərk edərsə əməli batil olar."

52.Namaza laqeyd yanaşmaq
"Bizimlə onlar arasında olan əhd namazdır. Kim onu tərk edərsə, küfr etmişdir." "Bir insanla şirk arasında namazı tərk etmək durur."

53.İnsanları pis yola çağıran
"Kim insanları pis yola çağırarsa, o da həmin işləri görənlər kimi günah qazanar və onların günahından heç nə azalmaz."

54.İçməyə aid qadağalar
"Peyğəmbər (s.a.v) tuluğun və ya bardağın ağzından su içməyi qadağan etmişdir." "Peyğəmbər 9s.a.v) ayaq üstə su içməyi qadağan etmişdir."

55.Qızıl və gümüş qablarda su içmək
"Qızıl və gümüş qablarda su içməyin. İpək və dibac geyinməyin. Bunlar dünyada onlar üçün, axirətdə isə sizin üçündür."

56.Sol əl ilə yeyib -içmək
"Heç kəs sol əli ilə yeyib içməsin. Çünki sol əl ilə şeytan yeyib içər."

57.Qohumluq əlaqələrini kəsmək
"Qohumluq əlaqələrini kəsən cənnətə girməz."

58.Peyğəmbərə (s.a.v) salavat deməyi tərk etmək
"Mənim adım çəkiləndə mənə salavat oxumayanın burnu yerlə sürünsün." "Paxıl insan, yanında adım çəkildikdə mənə salavat deməyən insandır."

59.Boşboğazlıq etmək
"Mənim nifrət etdiyim və qiyamət günü məndən uzaq olan kimsələr – boşboğazlıq edən, insanları lağa qoyan və ağzını əyə-əyə çətin ifadələr tapıb danışanlardır."

60.İt saxlamaq
"Kim ov və ya qoyun itindən başqa, it saxlayarsa, hər gün savabından iki qirat azalar."

61.Canlılara əzab vermək
"Pişiyi ölənə qədər həbsdə saxlayan qadın buna görə cəhənnəmə daxil olmuşdur." "Ruhu olan canlıları hədəf etməyin."

62.Sələm
"Peyğəmbər (s.a.v) sələm yeyəni və yedirdəni lənətləmişdir." "Bir insanın sələmdən əldə olunan bir dirhəmi bilərəkdən yeməsi otuz altı dəfə zina etməkdən pisdir."

63.İçkiyə qurşanan
"Beş xislətli insan cənnətə girməz: İçkiyə qurşanan, sehrə inanan, qohumluq əlaqələrini kəsən, cadugər və söz gəzdirən (nəmmam)."

64.Allah dostlarına düşmənçilik etmək
"Uca Allah buyurur: Kim mənim dostlarıma düşmən kəsilərsə ona qarşı müharibə elan edərəm."

65.İslam ölkələrində aman verilmiş kafirləri (müstəmən) öldürmək
"Əhd bağlamış insanı haqsız yerə qətlə yetirən kimsə cənnətin iyini hiss edən deyil. Halbuki onun iyi yüz illik məsafədən gəlir."

66.Varisi mirasdan məhrum etmək
"Kim varisinin mirasını kəsərsə, Allah təalə də qiyamət günü onun cənnət mirasından kəsər."

67.Dünyanı düşünən
"Kimin fikri-zikri dünya olarsa, Allah təalə kasıbçılığı onun gözü önünə qoyar, işlərini qarışdırar, dünyadan isə qədərinə yazılanı əldə edər."


Tarix: 10.04.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 615 Bölmə: Maraqlı melumatlar