beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyit üçün nə etmək vacibdir?

Birinci – Meyiti yumaq:
Yumağın qaydası:
Meyiti kim yumalıdır?
Döyüş meydanında şəhid olanlar yuyulmurlar:

İkinci - Meyiti kəfənləmək:
Kəfənlə bağlı müstəhəb məsələlər:

Meyit üçün nə etmək vacibdir?
Meyitin yanında olan qohum-əqrəba və ya istənilən insana bunları etmək vacibdir: Onu yumaq, kəfənləmək, cənazə namazı qılmaq və dəfn etmək.

Birinci – Meyiti yumaq:
Bunun vacib olması Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir çox hədislərdə meyiti yumağı əmr etməsinə görədir.
1. Demək həcc zamanı ehram paltarında ölən kişinin hadisəsində belə demişdir: «Onu su və sidr ilə yuyun...»[1].
2. Həmçinin qızı Zeynəb (Allah ondan razı olsun) vəfat edəndə belə demişdir: «Onu, üç, beş və ya yeddi dəfə yuyun...»[2].

Yumağın qaydası:
Ummu Atiyyə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızını yuyanlara belə dedi: «Onu sağ tərəfindən və dəstəmaz əzalarından yumağa başlayın...»[3].
Ummu Atiyyə (Allah ondan razı olsun) digər rəvayətdə deyir ki, «Biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızını yuyarkən o, yanımıza gəldi və dedi: Onu su və sidr ilə üç, beş və yeddi dəfə, lazım olsa daha da artıq yuyun. Sonda isə kafur və ya bir az kafur istifadə edin. Siz bunu bitirdikdən sonra məni çağırın». Biz işimizi bitirdikdən sonra onu çağırdıq və o bizə tərəf uzun bir parça uzatdı və dedi: «Bunu da əyninə paltar kimi geyindirin»[4].
Yenə də Ummu Atiyyə deyir: «Biz onun saçını üç yerə bölüb: ikisini yan, birini isə ön tərəfdən – hörük toxuduq»[5].
Digər rəvayətdə isə belə deyir: «Biz onun saçını üç hörük toxuyub arxa tərəfinə salladıq»[6].

Meyiti kim yumalıdır?
Meyiti yumaq qaydasını bilən insan, öləni yumalıdır. Ələlxüsus həmin adam ölənin öz ailəsindən və ya qohumlarındandırsa o bunu etməlidir. Çünki Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yuyanlar onun öz ailəsindən idilər.
Əli (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yuyarkən dayanıb meyitin hansı hala düşdüyünə baxmaq istəyirdim. Amma mən heç bir şey görə bilmədim. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öləndə də sağlığındakı kimi gözəl idi[7].
Kişi meyiti kişi, qadın meyiti isə qadın yumalıdır. Yalnız ər-arvad istisnadır. Belə ki, ər arvadını, arvad da ərini yuya bilər.
Aişə (Allah ondan razı olsun) deyir ki, «əgər başıma gələnlər qarşıda olsaydı o zaman Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınlarından başqa heç kəs yumazdı»[8].
Aişə (Allah ondan razı olsun) digər rəvayətdə isə belə deyir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Bəqidən, cənazə dəfnindən gəlirdi. Mən isə, “ay başım-ay başım!” – deyib, başağrısından şikayətlənirdim. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu eşidəndə dedi: sənin deyil, mənim başım ağrayır. Sən məndən öncə ölsən eyb etməz. Mən səni yuyar, kəfənləyər, sonra cənazə namazı qılıb basdıraram»[9].

Diqqət: Döyüş meydanında şəhid olanlar yuyulmurlar:
Cabir (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Uhud döyüşü günü ölənləri yumadan basdırmağı əmr edərək demişdir: «Onları qanlı-qanlı basdırın»[10].

İkinci - Meyiti kəfənləmək:
Meyiti kəfənləməyin vacib olması Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), həcc zamanı dəvəsi tərəfindən öldürülən kişi haqqında bu sözləri: “Onu su və sidr ilə yuyun, iki paltarda kəfənləyin...” [11] – deyib əmr etməsidir.
Kəfən və ya kəfənin dəyəri, meyitin öz malından sərf edilməlidir. Hətta onun bundan başqa mal-dövləti olmasa da belə etmək lazımdır. Demək, Xubbab ibn əl-Arat (Allah ondan razı olsun) deyir ki, biz, sırf Allah üçün Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birgə hicrət etdik və Allah da bizim savabımızı, mükafatımızı verdi. Bizim aramızda elələri vardı ki, onlar verilən mükafatdan heç bir şey dadmamış vıfat etdi. Belələrindən də biri Musab ibn Umeyrdir. Bəzilərimiz isə bol məhsul əldə etdik. «Demək Musab ibn Umeyr, Uhud döyüşündə qətlə yetirildi. Biz onu kəfənləmək üçün əynindəki əbasından başqa heç bir şey tapmadıq. Əbası ilə başını örtdükdə ayaqları, ayaqlarını örtdükdə isə başı açılırdı. Bu halda, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) başını əba ilə, ayaqlarını isə ətirli qamışla[12] örtməyi əmr etdi»[13].
Kəfən ən azından, bədəni tam örtən bir paltardan ibarət olmalıdır. Əgər mövcud paltar qısa olarsa o zaman meyitin başı paltarla örtülür, ayaqlarının üzərinə isə ətirli qamış qoyulur.

Kəfənlə bağlı müstəhəb məsələlər:
1. Kəfənin ağ olması: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Ağ paltarlarınızı geyinin. Bu sizin ən xeyirli libasınızdır. Ölənləri də onunla kəfənləyin»[14].
2. Kəfənin üç paltar (üç qat) olması: Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Yəmənin Suhul şəhərindən gətirilmiş, pambıqdan toxunmuş üç ədəd ağ paltarda kəfənlənmişdi. Onun əynində köynək və əmmamə yox idi»[15].
3. Yaxşı olar ki, paltarların biri xətli olsun. Demək Cabir (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Biriniz vəfat edəndə imkan olsa xətli paltarda kəfənlənsin»[16].


[1] Buxari: 3/ 135/ ? 1265. Müslim: 2/ 865/ ? 1206. Əbu Davud: 9/ 63/ ? 3222. Tirmizi: 2/ 214/ ? 958. Nəsai: 5/ 195.
[2] Buxari: 3/ 132/ ? 1259. Müslim: 2/ 647/ ? 939.
[3] Buxari: 3/ 130/ ? 1255. Müslim: 2/ 648/ ? 939.
[4] Buxari: 3/ 125/ ? 1253. Müslim: 2/ 646/ ? 939. Əbu Davud: 8/ 416/ ? 3126. Tirmizi: 2/ 229/ ? 995. İbn Macə: 1/ 468/ ? 1458.Nəsai: 4/ 28.
[5] Buxari: 3/ 133-134/ ? 1262-1263. Müslim: 2/ 646/ ? 939. Nəsai: 4/ 30.
[6] Buxari: 3/ 133-134/ ? 1262-1263. Müslim: 2/ 646/ ? 939. Nəsai: 4/ 30.
[7] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1198. əl-Cənaiz: səh. 50. İbn Macə: 1/ 471/ ? 1467.
[8] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1196. əl-Cənaiz: səh. 49. Əbu Davud: 8/ 413/ ? 3125. İbn Macə: 1/ 470/ ? 1464.
[9] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1197. əl-Cənaiz: səh. 50. İbn Macə: 1/ 470/ ? 1465.
[10] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1893. əl-Cənaiz: səh. 54-55. Buxari: 3/ 212/ ? 1346. Əbu Davud: 8/ 412/ ? 3122. Nəsai: 4/ 62. Tirmizi: 2/ 250/ ? 1041.
[11] Buxari: 3/ 135/ ? 1265. Müslim: 2/ 865/ ? 1206. Əbu Davud: 9/ 63/ ? 3222. Tirmizi: 2/ 214/ ? 958. Nəsai: 5/ 195.
[12] Bu qamışın bir növüdür. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında bundan geniş istifadə olunardı. (tərc.)
[13] Buxari: 3/ 142/ ? 1276. Müslim: 2/ 649/ ? 940. Əbu Davud: 8/ 78/ ? 2859. Nəsai: 4/ 38. Tirmizi: 5/ 354/ ? 3943.
[14] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3236. əl-Cənaiz: səh. 62. Tirmizi: 2/ 232/ ? 999. Əbu Davud: 10/ 362/ ? 3860.
[15] Buxari: 3/ 135/ ? 1264. Müslim: 2/ 649/ ? 941. Əbu Davud: 8/ 425/ ? 3135. Tirmizi: 2/ 233/ ? 1001. Nəsai: 4/ 36. İbn Macə: 1/ 472/ ? 1469.
[16] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 455. əl-Cənaiz: səh. 63. Əbu Davud: 8/ 425/ ? 3134.


Tarix: 01.05.2013 / 16:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 199 Bölmə: Maraqlı melumatlar