Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim ölünü yuyursa qoy qüsl alsın

Sual: Ölünü yuyan kəslər cənazə namazını əda etməzdən öncə paltarlarını dəyişib qüsl almalıdırlarmı?

Cavab:

Həmd Allaha məxsusdur.

Məsələyə dair alimlər arasındakı doğru rəy budur ki, ölünü yuduqdan sonra qüsl almaq müstəhəbdir, fərz deyil.

Bu rəyin tərəfdarları İbn Abbas, İbn Ömər, Aişə, əl-Həsən əl-Bəsri, İbrahim ən-Nəhai, əl-Şafei, Əhməd, İshaq, Əbu Səvr, İbn əl-Münzir və digərləridir. Eləcə də, İbn Qüdamənin ən doğru hesab etdiyi rəydir.

Bax. Sünən ət-Tirmizi, 3/318; əl-Muğni, (1/134)

Şeyx Əlbani, Allah ona rəhmət etsin, demişdir:

Ölünü yuyan üçün qüsl alması müstəhəbdir. Çünki, Peyğəmbər, Ona Allahın salavatı və salamı olsun demişdir: “Kim ölünü yuyursa qoy qüsl alsın və kim cənazəni daşıyırsa qoy dəstəmaz alsın.”

Hədisi Əbi Davud, (2/62-63); ət-Tirmizi, (2/132) rəvayət etmişdir. Hədisin isnadlarından bəziləri həsən, bəziləri isə Müslimin şərlətinə əsasən səhihdir. İbn əl-Qeyyim, “Təhzib əl-Sünən” əsərində hədisə dair on bir isnad iqtibas etmiş və sonra demişdir: Bu isnadlar məlum hədisin məhfuz olduğuna dəlalət edir.

Mən (Şeyx Əlbani) deyirəm: İbn əl-Qəttan və eləcə də İbn Hazm “əl-Muhalla” (1/250; 2/23-25) əsərində; əl-Hafiz “əl-Təxlis” (2/134) əsərində hədisi səhih olaraq təsnif ediblər. Həmçinin deyir: ən azından bu hədis həsəndir.

Hədisin zahiri mənası dəlalət edir ki, (ölünü yuyana) qüsl almaq vacibdir, lakin biz bunun vacib olduğunu söyləmirik. Çünki mərfu kimi qəbul edilən iki məvquf hədis var. Bunlar aşağıdakılardır:

1. İbn Abbasdan gələn hədis. Hədisdə deyilir: “Ölülərinizi yuduqda ondan sonra qüsl almaq vacib deyil, çünki ölüləriniz nəcis deyil. Əllərinizi yumanız kifayətdir.” Hədisi əl-Hakim, (1/386); əl-Beyhəqi (3/398) rəvayət edib. Mən bu hədisin daha çox məvquf olduğunu hesab edirəm. Bu barədə əd-Daifa (6304) əsərində danışmışam.

2. İbn Ömərdən gələn hədis. Hədisdə deyililr: “Biz ölüləri yuyardıq və bizdən bəziləri bundan sonra qüsl alar, digər qism isə qüsl almazdı.” Hədisi Dərəqutni (191); əl-Xatib “Tarix” (5/424) əsərində səhih isnadla rəvayət etmişdirlər, necə ki, bu barədə əl-Hafiz bildirmişdir. Eləcə də İmam Əhməd bu barədə qeyd etmişdir. Əl-Xatib ondan rəvayət edir ki, o oğlundan bu hədisi yazmağı təkidlə istəyirdi.

Cənazənin Hökmləri, 71.72

Daimi Heyət (1/318) və Şeyx ibn Üseymin “Şərh ə-Mumti” (1/295) əsərində bu rəyin daha doğru olduğunu söyləmişdirlər.

Paltarları yumaq məsələsinə gəldikdə Sünnətdə buna dair heç bir əsas yoxdur, bunu etmək nə vacib, nə də müstəhəbdir.


Tarix: 02.04.2013 / 20:52 Müəllif: *Beyaz_Gul* Baxılıb: 209 Bölmə: Maraqlı melumatlar
loading...