Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHIN DİNİNƏ DƏVƏT EDƏNİN AZUQƏSİ (Beşinci azuqə)

Dəvətçi özü ilə insanlar arasında olan maneələri aradan qaldırmalıdır. Çünki, dəvət edən çox qardaşlar var ki, insanların pis bir əməl üzərində olduqlarını, günaha qurşandıqlarını görüb günaha qarşı kin, nifrət bəslədiklərinə görə onların yanına getmirlər, bu insanları dəvət edərək düşdükləri vəziyyətdən çıxarmağa çalış¬mırlar.

Bu xətadır, hikmətdən uzaqdır. Əksinə onların yanına gedib onları Allahın dininə dəvət etmək, haqqı çatdırmaq, sevdirmək və əzabla qorxutmaq hikmətli olmağın nümunəsidir. Onları günahkar, etdiklərini də günah adlandıraraq onla¬ra haqqı çatdırmamaq daha da uçurumlar və daha da böyük günahlara yol açar. Ey insanları Allahın dininə dəvət etməyi öz üzərinə götürmüş müsəl¬man, əgər sən onların yanına gedib bu dini onlara izah etməsən, nəyin günah, zərər və nəyin savab, faydalı olduğunu başa salmasan, bunları başqa kim edəcək? Onlar kimi birimi yoxsa elmsiz insanlarmı? Əsla! Ona görə də dəvətçi səbir etmə¬lidir. Insanlarda günahları görüb onlardan uzaq¬laş¬mamalı, insanlarla arasında olan maneələri dəf etməlidir ki, dəvətə ehtiyacı olan onu duysun, hiss etsin, yaşasın. Bunları yerinə yetirməmək isə rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) etdiklərinə ziddir. Məlum olduğu üzrə, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) müşriklərin yaşadıqları yerə gedir və onları Allahın dininə dəvət edirdi. Belə rəvayət olunur ki, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) onlara buyurmuşdu: “Mənimlə bərabər rəbbimin kəlamını kimsə çatdırmayacaqmı? Qureyş mənə rəbbimin kəlamını bəyan etməyə mane oldu”. Bu, peyğəmbərimiz, imamımız və ən gözəl nümunəmiz olan Məhəmmədin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) yerinə yetirdiyi bir işdirsə, bizə də Allahın dininə dəvət etməkdə yalnız ona (Ona Allahın salavatı və salamı olsun) oxşamaq yaraşar.

Məhəmməd bin Saleh Əl-Useymin


Tarix: 17.04.2013 / 16:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar
loading...