Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qiyamətin Əlamətləri barəsində sual

sual-
Salam Yaşar muellim, Bu son iki gunde aldigim melumata
göre sentyabrda Gune$in qerbden cixmasi hadisesi,yeni
Qiyametin böyuk elametlerinden biri ba$ verecek. Bu
barede her hansi bir melumatiniz varmi? bir sualim da
var: UCA ALLAHin tevbe qapisi ne zaman baglanacaq?
qiyamet gunu yoxsa qiyametin hansisa elameti olan
zaman? ALLAH razi olsun sizden, cox komek etdiniz dini
bilgimin artmasina. sag olun!

cavab-
va aleykum salam.
Güneşin batdığı yerdən yəni , qərbdən çıxması qiyamətin böyük on əlamətindən birisidir.Amma bunun vaxtını Uca Allahdan başqa heç kimsə bilmir və heç kimsə əvvəlcədən vaxtını deyədə bilməz.Bun iddia edənlər indiyə kimi çox olub və hamısınında sonunda yalançı olduqları üzə çıxıb.
Bəziləri guya əbcəd hesabı ilə bunu əvvəlcədən hesablayıb.Amma buda sonunda düz olmayıb.
Peyğəmbərimiz (sav)-dən Cəbrail Ey Məhəmməd qiyamət nə zaman qopacaqdır deyə soruşanda, Peyğəmbərimiz (sav) bu haqda soruşanda , soruşulanda bilmir cavabını vermişdir.
(Buxaridən rəvayət edilən hədisi şərifdə).
Əgər peyğəmbərimiz (sav) qiyamətin nə zaman olacağını bilməyibsə , ondan sonra gələnlər necə bilə bilər?
Yəni Uca Allah qiyamətin nə zaman qopacağını rasulullah(sav) bildirməyib.Belə olan halda kim bunu bildiyini iddia edərsə deməli özünə vəhy endiyini iddia edir və beləliklə küfr etmiş olur.Vəhy peyğəmbərimizin vəfatı ilə kəsilib.
İndiyə kimi qiyamətin vaxtını bir çoxları filan vaxtda olacaq deyib.Amma sonunda hamısı əslində yalançı olduğunu sübut edib.
Sentyabr ayını gözləyək və bunu deyənlərin yalançı olduqlarının şahidi olacaq.

Tövbə qapısının bağlanmağına gəldikdə isə, tövbə qapısı iki halda bağlanmış sayılır:
1.Böyük tövbə qapısının bağlanması, yəni günəşin batdığı yerdən çıxana qədər tövbə qapısı aşıqdır.Batdığı yerdən çıxanda artıq tövbə qapıları bağlanacaqdır.Bunadan sonra kim tövbə etsədə bunun heç bir faydası olmayacaqdır.
2.Balaca tövbə qapısının bağlanması, yəni hər bir insanın ruhu boğazına yetişəcəyi vaxta qədər tövbə qapıları açıqdır.Ruh boğaza yetişəndə, yəni can vermə anı artıq tövbə qapıları bağlanmışdır.
Uca Alla bütün müsəlmanların tövbələrini qəbul etsin.


Tarix: 07.04.2013 / 17:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 253 Bölmə: Maraqlı melumatlar
loading...