beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

(PEYĞƏMBƏRİMİZ MUHƏMMƏD – sallallahu aleyhi və səlləm – in MERAC SƏFƏRİ)

5.«Biz onu yüksək məqama qaldırdıq». (Məryəm 57). «Bəzi ayələrmizi göstərmək üçün bəndəsini bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) MəscidülƏqsaya aparan Allah pak və müqəddəsdir. O doğurdan da, (hər şeyi) eşidən və biləndir!» (əl-İsra 1).
Məlik b. Sasa - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kəbədə əl-Hicr deyə adlanan yerdə yatarkən biri gəlib boğazımdan qarnımın alt tərəfinə qədər olan hissəni yardı. Sonra qızıldan bir qab gətirdi. Qəlbimi çıxardıb Zəm-Zəm suyu ilə yuduqdan sonra onu hikmət və iman ilə doldurdu. Sonra (qəlbimi) yerinə qaytardı. Bu da məni irəlidə gözləyən üçün bir hazırlıq idi. (Başqa rəvayətdə: Ənəs b. Məlik - radıyallahu anhu – deyir ki, Əbu Zərr - radıyallahu anhu – belə rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən Məkkədə olduğum vaxt evimin tavanı yarıldı. Cəbrail – əleyhissəlam – endi. Köksümü yararaq onu Zəm-Zəm suyu ilə yudu. Hikmət və iman ilə dolu qızıldan bir qab gətirdi. İçindəkiləri köksümün içinə boşaltdı. Sonra köksümü bağladı. Əlimdən tutaraq məni səmaya doğru qaldırdı!»). (Başqa rəvayətdə isə: Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – uşaqlarla oynayarkən Cəbrail – əleyhissəlam – onun yanına gəldi. Onu götürərək yerə yıxdı və sinəsini yardı. Qəlbini çıxardı. Qəlbindən bir qan laxtasını çıxardıqdan sonra: «Bu şeytanın səndən olan bir nəsibidir!» deyə ona göstərdi. Sonra qəlbini qızıldan bir qab içində Zəm-Zəm suyu ilə yudu. Daha sonra qəlbini yerinə qoydu. Onunla oynayan uşaqlar qaçaraq süd anasının yanına gəldilər və: «Məhəmməd öldürüldü!» dedilər. Onun yanına gəldilər. Rəngi soluq bir halda idi. Ənəs: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sinəsində olan o, izi görmüşəm!» dedi).
Sonra qatırdan alçaq, eşşəkdən böyük olan Burak adı verilən ağ bir minik gətirildi. Bu minik addımını gözün son görmə hədinə qədər qoyardı. (Başqa rəvayətdə: «Cəbrail – əleyhissəlam – ilə birlikdə miniyə mindim. Beytul Məqdisə gəldim. Onu (miniyi məndən əvvəlki) Peyğəmbərlərin bağladıqları halqaya bağladım. Sonra məscidə girdim. Peyğəmbərlərə imam olaraq iki rükət namaz qıldım. (Bütün Peyğəmbər-lər də onun arxasında namaz qıldılar)». Sonra Cəbrail – əleyhissəlam – ilə birlikdə dünya səmasına yüksəldim. Birinci səmanın (qapılarına) yaxınlaşdıq. Cəbrail – əleyhissəlam – (qapıların) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və onun üçün səma (qapısı) açıldı. Birinci səmada Adəm – əleyhissəlam – göründü. Cəbrail mənə: «Bu sənin baban Adəmdir, ona salam ver!» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona salam verdi, o da salamı alıb: «Saleh övladıma və saleh Peyğəmbərə salam olsun!» dedi. (Başqa rəvayətdə: «Adəmin sağ tərəfində xoşbəxt kimsələrin ruhları, sol tərəfində isə bədbəxt kimsələrin ruhları vardır. O, sağ tərəfinə baxdıqda sevinər və gülərdi, sol tərəfinə baxdıqda isə ağlayardı. Çünki sağ tərəfində olanlar Cənnət əhli, sol tərəfində olanlar isə Cəhənnəm əhlindən olan kimsələr idi!»). Sonra Cəbrail – əleyhissəlam – mənimlə ikinci səmaya qalxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. İkinci səmada Yəhya və İsa – əleyhimussəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bunlar Yəhya və İsadır, hər iksinə salam ver. O, da onlara salam verdi, onlar da salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedilər. Sonra Cəbrail – əleyhissəlam – mənimlə üçüncü səmaya qalxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Üçüncü səmada Yusif – əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bu Yusifdir, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Sonra Cəbrail – əleyhissəlam – mənimlə dördüncü səmaya qalxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Dördüncü səmada İdris – əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bu İdrisdir, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» deyə dua etdi. (Başqa rəvayətdə: «Allah buyurur: «Biz onu yüksək məqama qaldırdıq». (Məryəm 57). Sonra Cəbrail – əleyhissəlam – mənimlə beşinci səmaya qalxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Beşinci səmada Musa – əleyhissəlam – ın qardaşı İmran oğlu Harun – əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bu Harundur, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Sonra Cəbrail – əleyhissəlam – mənimlə altıncı səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Altıncı səmada Musa – əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bu Musadır, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Yanından getdikdə Musa ağladı. Ondan soruşdular: «Səni ağladan nədir?». Musa: «Çünki məndən sonra Peyğəmbər olaraq göndərilən bu gəncin ümmətindən Cənnətə girəcək olanlar, mənim ümmətimdən Cənnətə girəcək olanlardan daha çoxdur! (Başqa rəvayətdə: Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsra gecəsində Musanın yanına çatdım. Qırmızı qum təpəsinin yanındakı qəbrində idi )(Müslim «Fəzail» 2375. )». Sonra Cəbrail – əleyhissəlam – mənimlə yeddinci səmaya qalxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Yeddinci səmada Xalilur-Rahmən İbrahim – əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bu sənin atan İbrahimdir, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh övlad və saleh Peyğəmbərə salam olsun!» dedi.
Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – Sidrətul-Muntəhaya qədər yüksəldi. Bir də gördüm ki, Sidr ağacının yarpaqları fillərin qulaqları kimidir. Onun yemişləri isə (Yəmənin Həcər qəsəbəsindəki) fincanlara (gildən düzəldilmiş qablara) bənzəyirdi. Orada Sidrənin dibindən çıxan dörd çay vardı. Bu çaylardan ikisi zahiri, ikisi isə batini çaylar idi. Mən: «Ey Cəbrail! Bu nə çaylardır?» deyə buyurdum. Cəbrail: «Batini olan çaylar Cənnət çaylarıdır. Zahiri olan çaylar isə Nil və Fərat çaylarıdır». Allahın əmri ilə orada olan gözəllikləri gördüm. Artıq Allahın məxluqlarından oranın gözəlliyinin bir qismini belə təsvir və ya tərif etməyə qadir ola biləcək bir kimsə yoxdur.
Sonra Beytul-Məmura yüksəldik. (Başqa rəvayətdə: «İbrahim – əleyhissəlam – belini yeddinci səmadakı Beytul-Məmura söykəmişdi»). Bu Beytul-Məmura gündə yetmiş min mələk girər, orada Allaha ibadət edər, namaz qılar, sonra oradan çıxar və bir daha oraya qayıtmazlar. Oradan çıxdıqdan sonra Cəbrail – əleyhissəlam – mənə bir qab şərab və bir qab da süd gətirdi. Mən südü seçdim. Cəbrail – əleyhissəlam – mənə: «Sən fitrəti seçdin, ümmətin də fitrət üzərindədir. Əgər şərabı seçmiş olsaydın ümmətin haqq yoldan azardı (azğın olardı)» dedi. (Başqa rəvayətdə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sonra Cəbrail – əleyhissəlam – məni yuxarıya götürə-götürə nəhayət (qəza və qədəri yazan) qələmlərin cızıltılarını eşidəcək bir səviyyəyə çatdıq!»).
Sonra Allah Muhəmməd – sallallahu aleyhi və səlləm – ə bir gün və bir gecədə əlli vaxt namaz fərz etdi. Peyğəmbər buna təslimiyyətlə razı oldu. Səmadan enib Musa – əleyhissəlam – ın yanından keçərkən: «Rəbbin ümmətinə nəyi fərz etdi?» deyə buyurdu. Mən: «O, bir gündə əlli namaz fərz etdi!» buyurdum. Musa: «Sənin ümmətinin buna gücü çatmaz. Səndən əvvəl mən öz ümmətimə bunu bəyan etmişdim. İsrail oğullarından çox çətinliklərlə qarşılaşdım. Rəbbinə qayıt və ümmətin üçün yükünün yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Mən də Rəbbimə dönüb: «Ya Rəbbim! Ümmətim üçün yüngülləşdir!» deyə buyurdum. Məndən on vaxt namaz endirildi. Sonra Musa – əleyhissəlam – ın yanına qayıtdım: «Məndən on namaz vaxtı endirildi!» deyə buyurdum. Musa: «Şübhəsiz ki, ümmətinin buna da gücü çatmayacaqdır. Rəbbinə dön və yüngülləşdiril-məsini dilə!» deyə buyurdu. Mən yenə də Rəbbimə dönüb: «Ya Rəbbim! Ümmətim üçün yüngülləşdir!» deyə buyurdum. Məndən (qalan namazların vaxtından) yenə də on vaxt namaz endirildi. Sonra Musa – əleyhissəlam – ın yanına qayıtdım: «Məndən yenə də on namaz vaxtı endirildi!» deyə buyurdum. Musa: «Şübhəsiz ki, ümmətinin buna da gücü çatmayacaqdır. Rəbbinə dön və yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Beləcə Rəbbim ilə Musa – əleyhissəlam – arasında beş vaxt namaz əmr olunana qədər gedib-gəldim. Sonra yenə Musa – əleyhissəlam – ın yanına qayıtdım və o, mənə: «Nə ilə əmr olundun?» deyə buyurdu. Mən: «Hər gün beş vaxt namaz ilə əmr olundum!» deyə buyurdum. Musa: «Sənin ümmətin hər gün beş vaxt namaz qılmağa da taqəti çatmaz. Rəbbinə dön və yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Mən: «Rəbbimdən çox istədim. Artıq ondan utanıram. Mən beş vaxta razıyam. Allahın əmrinə təslim oluram!» deyə cavab verdim. Bundan sonra bir carçı: «Fərzlər yəqinləşdi, qullarıma da (yükləri) yüngülləşdirildi!» deyə səslədi. Rəbbim: «(Namazlar) beşdir, yenə onlar əllidir. Mənim dərgahımda hökm əsla dəyişməz!». Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə Cənnət və Cəhənnəm də göstərildi. Cənnətəin içində bir çox incidən olan qübbələr (çadırlar) vardı. Torpağı da miskdən idi. Usamə b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Merac gecəsində) Cənnətin qapısında durub içəri baxdım. Oraya girənlərin böyük çoxluğunun miskinlər olduğunu gördüm. Mal sahiblərindən Cəhənnəmlik olanlardan başqaları (haqq-hesab) üçün həps olunmuşlar. Atəş əhli olan zənginlərin isə Cəhənnəmə atılmaları öncə əmr olunmuşdur. Cəhənnəmin qapısında da durdum. Bir də baxdım ki, Cəhənnəmə girənlərin çoxu qadınlardır (Başqa rəvayətdə: «Biz nəyə görə Cəhənnəm əhlinin çox hissəsi olacağıq)» dedilər. Peyğəmbər: «Çünki çox lənət edir və ərlərnizə qarşı nankorluq edirsiniz. Yaxşılığa qarşı küfr edirsiniz. Onlardan birinə dünya durduqca yaxşılıq etsən və sonra səndən məmnun olmayacaq bir şey görsə – səndən heç bir xeyir görmədim deyər. Ağıl və din naqisliyi də vardır. Sizin qədər ağlı başından alaraq kişiyə üstün gələni görmədim». Qadınlar: «Ağıl və din naqisliyi nədir?» deyə soruşdular. Peyğəmbər: «Ağlı nöqsanlığa gəldikdə – iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir. Dini naqisliyə gəldikdə isə – (heyzli günlərdə) namaz qılmazsınız və ramazanda da (bir müddət) oruc tutmazsınız»(1) Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsra gecəsində dırnaqları uzun olan bir qövmə çatdım. Onlar üzlərini və (kökslərini) cırmaqlayırdılar». Mən: «Ey Cəbrail! Bunlar kimlərdir?» deyə soruşdum. Cəbrail: «Bunlar insanların ətlərini yeyənlərdir (qeybət edənlər)» deyə buyurdu(2)Daha sonra Peyğəməbr – sallallahu aleyhi və səlləm – səmadan enib Məkkəyə geri döndü»(3) Cabir - radıyallahu anhu– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qureyş məni təqzib etdiyi vaxt Allah Beytul Məqdisi mənə təcəlli etdi. Mən onlara onun əlamətlərini bir-bir xəbər verməyə başladım. Mən Beytul Məqdisə baxır, həm də xəbər verirdim»(4) Daha sonra Peyğəməbr – sallallahu aleyhi və səlləm – səmadan enib Məkkəyə geri qayıtdı»(5)
----
(1)Buxari «Rikak» 51, Müslim 79, 2736
(2)Əbu Davud 4870, 4879.
(3)Buxari, Müslim.
(4)Buxari, Müslim 170.
(5)Buxari 349-3887, Müslim 259-260.

qeyd:Peyğəmbər – sallallahu aleyhi və səlləm – 10 il Allahın əmrinə tabe olaraq tövhidə dəvət etdi. On ildən sonara göylərə yüksəldi. Merac – ARACƏ sözündən götürülüb. Yəni URUC - qalxmaq, yüksəlmək deməkdir. İsra – ƏSRA sözündən götrülüb. Bəzilərinin dediyinə görə Peyğəmbər – sallallahu aleyhi və səlləm – Merac səfərini yuxuda edib, digərlərinin dediyinə görə o – sallallahu aleyhi və səlləm –, Meraca yalnız ruhu ilə gedib. Lakin səhih odur ki, həm ruhu, həm də cəsədi ilə gedib və ömründə bir dəfə olub.


Tarix: 25.04.2013 / 18:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 388 Bölmə: Maraqlı melumatlar