beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaza tələsək

Dostu ona müraciət edərək dedi: Mən sənin bu işinə lap təəccüb qalmışam: Sən nə diqqətli və hər şeyə tənqidi yanaşan adamsan?! Çiyin-çiyinə söykənib eyni söz deyən bu iki kişidən birinin öz ürəyini o birinə boşaltmaq istədiyini, o birinin də əlində olsa öz ruhunu digərinə fəda etməyə hazır olduğunu gördükdə təəccübləndinmi? Bilirsənmi bu iki nəfər kimdir? - Ata və oğul. Elə bir ata ki, öz oğlunu çox sevir və elə bir oğul ki, öz atasını qəlbən sevərək onu mütiliklə dinləyir.
Dostu ona müraciət edərək dedi: Mən sənin bu işinə lap təəccüb qalmışam: Sən nə diqqətli və hər şeyə tənqidi yanaşan adamsan?! Çiyin-çiyinə söykənib eyni söz deyən bu iki kişidən birinin öz ürəyini o birinə boşaltmaq istədiyini, o birinin də əlində olsa öz ruhunu digərinə fəda etməyə hazır olduğunu gördükdə təəccübləndinmi? Bilirsənmi bu iki nəfər kimdir? - Ata və oğul. Elə bir ata ki, öz oğlunu çox sevir və elə bir oğul ki, öz atasını qəlbən sevərək onu mütiliklə dinləyir.

Dostu ona dedi: “Görürəm sən insanlar arasındakı bağlılığın qarşılıqlı rəğbət və əməkdaşlıq kimi əsaslar üzərində bərqərar olmasının zərurət olduğu fikrindəsən, fəzilətin və yaxşılığın etiraf olunması tərəfdarısan”. O biri dedi: “Doğrudur”
Dostu soruşdu: Birisinin yaxşılığa pis şey kimi baxıb, ona qarşı göstərilən fəzilətə nankorluqla cavab verməsinə nə deyirsən?
O cavab verdi: Azacıq həyası və zərrəcə vicdanı olan bir insan belə edərmi?
Dostu dedi: Edər. Özü də bu insan sənsən.
O bunu eşidəndə qəzəbdən alışıb-yandı, özündən çıxdı. Sonra qəzəbini boğub əvvəlki vəziyyətinə qayıtdı və dedi: Mənə niyə belə deyirsən?
Dostu dedi: Çünki sən Allahın sənə göstərdiyi fəziləti və verdiyi neməti inkar edirsən.
O dedi: Necə yəni?
Dostu dedi: İnsanlara mərhəmət və fəzilət göstərən Allah deyilmi?
O dedi: Allahdır.
Dostu dedi: Bəs ona necə şükür etmək olar?
O bir qədər sakit dayanıb öz fikirlərini götür-qoy elədi, fikirləri onun köməyinə çatmadı. Utana-utana: Bilmirəm, dedi, yenə bir an sakit dayanandan sonra dedi: Allaha şükür etməyin yolunu mənə göstər.
Dostu dedi: Bunun iki yolu var. Allaha şükür etmək üçün bu iki yolun hər ikisindən birlikdə istifadə etmək zəruridir.
Onlardan birincisi odur ki, Allahın fəzilətini və yaxşılığını dillə deyil, ürəyinin dərinliyində də etiraf edəsən və habelə bu etirafını Allaha səcdə və itaət etmək məqsədilə öz alnının yerə qoymaqla sübut edəsən.
İkincisi odur ki, bu nemətlərin qayğısına qalasan, onlara öz qəlbinin Allahın razılıq verdiyi guşələrində yer verəsən.
O dedi: Sən haqlı və doğru deyirsən. Sən mənə Allahın tapşırığını və əhdini çatdırdın. Mən söz verirəm ki, Namaz qılacağam. Lakin mənim namaz qılmaq məsələsində özümə oxşayan bir əziz dostum da var, sən bildiklərini elə bir şəkildə yaza bilərsənmi ki, mən ona verim, ola bilsin ki, Allah-Təala onu sənin əlinlə doğru yola salsın, beləliklə, onu Allaha bağlayan qırılmış telləri birləşdirsin və bu sənin üçün də hər bir mal-dövlətdən xeyirli olsun.
Dostu: Mən bunu etməyə can-başla hazıram, deyib həmin adama belə bir məktub yazdı: Əziz dostun!
Əvvəla sənə salam olsun! Salamdan sonra, məlumun olsun ki, mənə yaxşı nəsihət ediblər, istədim ki, onu bu kağız üzərində bir neçə kəlmə ilə yazıb sənə də göndərim, Arzu edirəm ki, o sözlər səndə də məndə doğurduğu təəssüratı doğrusun.
Müasir dövrümüzdə insanların çoxu namaza qarşı biganəlik göstərir və onu özləri üçün ağır bir yük bilirlər. Namazdan söz salanda onlardan bəzisi özünü üzürlü sayaraq deyir ki, indi o mühüm işlərlə məşğuldur. Gəl belələrini nəzərdən keçirək və onları namazdan uzaqlaşdıran səbəbləri araşdıraq.
Məgər namaz cərimədir ki, insan onu məcburi surətdə verdiyi bəzi vergiləri ödədiyi kimi ödəsin? Məgər namaz qılmaq vaxt itirmək deməkdir ki, insanın öz ehtiyacından artıq vaxtı olmasın ki, onu namaz qılmaqla “itirsin”?
Məgər namaz elə bir bəyənilən işdir ki, kim istəsə onu yerinə yetirsin və bunun üçün heç bir mükafata da layiq görülməsin, kim istəsə onun yerinə yetirməsin və bu heç də günah sayılmasın?
Məgər Allah-Təala bizim namazlarımıza, ibadətlərimizə möhtacdır?
Görəsən, insan namaz qılmaqla nə fayda əldə edir? Bəs namaz qılmayana nə ziyan toxunur? Məgər...? Nə üçün...? İnsanın istəyini, onun qəlbinə girmiş şeytanın və şəhvətinin diqtə etdiyi neçə-neçə belə sual var.
Dostum, namaz cərimə deyil ki, ödənilsin, vergi deyil ki, toplansın. O elə bir əmanətdir ki, onu sənə əmanət etmiş Sahibi ona gündə beş dəfə nəzər salıb sənin vəfana, danışığının doğruluğuna, sədaqətinə, bu əmanət edilmiş şey üzərində Onun hüquqlarını necə qoruyub saxladığına şahidlik edir və səni bu hüquqlara düzgün riayət etdiyinə görə ən yaxşı mükafatla mükafatlandırır.
Bəli, namaz nə mal vergisidir, nə cərimə, nə də can vergisi,o, haqqın etirafı, edilmiş yaxşılığa görə şükür etmək deməkdir. O böyüklərə itaət etmək və onların əmrlərini yerinə yetirməkdə nəfsin təmizliyinə bir dəlil, ürəyin Allaha qarşı bəslədiyi gizli məhəbbətin və təqdirin açılıb göstərilməsidir. Məgər görmürsən ki, bütün insanlar öz qəlblərində özlərindən güclü və faydalı saydıqları kimsənələrə (zatlara) təzim edir, onlara bədbəxtlik üz verəndə həmin kimsənələrə sığınır, çətinliyə düşəndə onlardan yardım istəyir, müəyyən münasibətlərl onlardan uğur (bərəkət) diləyir, özlərinə elə bir rəmz seçirlər ki, bu kimsənələr gözləri qarşısında olmayanda onları həmin rəmz vasitəsilə xatırlasınlar.
Dostum, məgər sən sənə bir parça halva verən, yükünü daşımaqda sənə kömək edən, yaxud sənə yolu göstərən, əlindən düşmüş bir şeyi qaldırıb sənə verən bir insana “çox sağ ol” deyib onun bu əməlini öz qəlbində ehtiram hissi ilə təqdir etmirsənmi? Məgər sən onun etdiyi bu yaxşılığın qarşılığını ondan da artıq bir yaxşılıqla verməyi arzulamırsanmı? Bəli, arzulayırsan.
Mən də sənin kimi bir insanam. Mən yaxşılığı unutmur, xeyirxahlığı başa düşür, fəziləti etiraf edir və mənə verilən hədiyyəyə görə təşəkkür edirəm. Mənə göstərilən fəzilət böyük olduqca mənim təşəkkürüm də böyük olur. Məgər mənə ağlımı və hisslərimi vermiş, gözəl ruzini başımdan tökmüş, mənə sağlamlıq və güc bəxş etmiş, məni düzgün din yoluna salmış, övlad, qohum-qardaş bağışlamış, məni yaxşı qonşular arasımda sakin etmiş qüdrətli və böyük Allah kimi başqa bir nemət və fəzilət sahibi varmı?
Yox...bütün varlıqlar arasında mənə uğur sahibi uca Allah qədər yaxşılıq etmiş başqa birisi yoxdur. Başqalarına mənə etdikləri daha kiçik yaxşılıqlara görə təşəkkür etdiyim halda Allaha bütün bu nemətlərə görə şükür etməli deyiləmmi? Şübhə yoxdur ki, sən nəinki mənim bu şükrümə qoşular və məni buna daha da həvəsləndirərsən, habelə məni onu kəsirsiz yerinə yetirməyə məcbur edərsən. Çünki sən mənim fəziləti inkar edən, yaxşılığa qarşı nankorluq edən bir insan olmağımı istəməzsən.
Təşəkkür elə şeydir ki, hədiyyənin qiyməti bağışlanmış şeyin qədəri ilə düz mütənasibdir. Mən də mənə bir parça halva verən adama bir qab halva verən adama etdiyim qədər təşəkkür etmərəm. Mənim əlimdən düşmüş qələmi qaldırıb mənə vermiş balaca bir uşağa deyəcəyim təşəkkür sözləri həmin yaxşlığı etmiş böyük bir şəxsiyyətə deyəcəyim sözlərlə eyni olmayacaq. Allah-Təalanın Öz nemətlərinə görə istədiyi təşəkkür isə Onun tanrılığını təstiq etmək, ilahiliyinə ehtiram bəsləməkdən və xeyirxahlığını etiraf etməkdən ötrü öz alnımı yerə qoymağımdır.
Mən fayda və ziyan verə bilən, nemətlər əta edən və onların qarşısını kəsən, canlıları dilirdən və öldürən,ən cüzi şeyə görə belə haqq-hesab çəkən səltənət Sahibi, kainatın Yaradıcısı, göylərin və yerin Tanrısı Allahın qarşısında əyilməyimmi?
Namaz qılmaq heç də vaxt itirmək deyil. İnsan iş yerindəki səs-küydən, gəlib-gedənlərin hay-həşirindən canını qurtarıb götür-qoy, al-ver, çəkişmə, razılaşma, təlim-tədris, müxtəlif problemlərdən xilas olandan, ona müraciət edənlərin tələblərindən qurtulandan sonra öz namaz yerində durub bütün bu üzücü işlərdən uzaqlaşır, ruhu sakitləşir, qəlbi arxayınlaşır, qəzəbi soyuyur, şəhvət hissləri cilovlanır və bir neçə dəqiqə bir yerdə dayanıb sevdiyi (Allah) ilə gizli söhbət edir.
Bu zaman insan Allahdan yardım və kömək diləyir, xeyir işlər görmək üçün qüvvə, öz mübarizəsində səbr istəyir. Bir insana qaşqabaqlı bir nəzərlə, yaramaz bir sözlə və ya kobud rəftarla pislik etmişsə, Allahın onu əfv etməsini xahiş edir.
Allahın elçisi (S.S) bir narahatlığı olanda namaz qılardı. O, haldan düşmüş vəziyyətdə düşmənlərlə vuruşmaqdan qayıdarkən deyərmiş: Bilal, bizi namazla rahatla! Yəni uzun əzan ver ki, namaz qılaq, namaz bizi həyatın əziyyətlərindən və çətinliklərindən qurtarıb rahat etsin.
Görək namaz qılan adan nə qədər vaxt sərf edir? Axı namaz nə qədər uzun çəksə, heç 15 dəqiqə belə vaxt aparmır. Görüşlərdə və qonaqlıqlarda boş yerə saatlarla vaxtını səxavətlə keçirdiyin halda, bütün bu nemətləri əldə etməkdən ötrü gün ərzində müəyyən vaxtlarda bir neçə dəqiqə vaxt sərf etməyə xəsislik edirsənmi?
Namaz İslamın dayaqlarından biridir. Özü də Allahın vahid Tanrı, Hz. Məhəmmədin (S.S) Allahın elçisi olduğuna verilən şəhadətdən sonra ən böyük dayaqdır.
Namaz məişət məsələləri kimi bəyənilən işlərdən biri deyil ki, kim istəsə onun yerinə yetirsin və bunun üçün heç bir mükafata layiq görülməsin, kim istəsə onu yerinə yetirməsin və bu heç də günah sayılmasın. Əksinə, namaz qılmaq möhkəm, həlledici bir işdir. Onun müəyyən edilmiş vaxtı, xüsusi qaydası, onu fərqləndirən üslubu, cızılmış planı var. Sənin onu artırmaq və əksiltməklə təhrif etməyə haqqın yoxdur, sənin rəyinlə onun vaxtını və tərtibatını nə əvvələ, nə də axıra keçirməklə dəyişmək olmaz.
Namaz da yemək-içmək kimi, insan həyatının tələb etdiyi olduqca zəruri bir ehtiyacdır. Çünki yemək içmək bədənin əsası və yaşayış vasitəsidirsə, namaz da ruhun əsası və arxayınçılıq vasitəsi olub onu qılanı axmaq, boş işlərdən ayırır. Öz Tanrısının qarşısında durub namaz qılan adam özünün bütün işlərində düzgün yol tutur. Çadırın ortasında dirək olmasa, min paya da vursan onu yüksəyə qaldırmaz. İslamın da dirəyi namazdır.
Namaz insan üçün olduqca zəruri bir ehtiyacdır, çünki o , insana əxlaq tərbiyə edir, onun xasiyyətini formalaşdırıb qaydaya salır. O, insanla fitnə-fəsad və əyinti quyularının arasında durub insanın bu quyulara düşməsinə mane olur, onu əxlaqsızlığa və pis əməllərə qurşanmağa qoymur. İnsan bilsə ki, bir azdan sonra böyük və uca Tanrısının qarşısında duracaq və Tanrısı bu duruşu yalnız onun qəlbinin, nəfsinin və əzalarının təmiz olduğu halda qəbul edəcək, o, günah iş görərmi?
Dostum, namaz elə bir tərəzidir ki, həkim xəstənin hərarətini vaxtaşırı ölçdüyü kimi, insan da onunla (namazla) iki namaz arasında tutduğu əməlləri ölçür. Onun əməlləri yaxşı olsa, namaz ona deyir: Mətin ol, irəli get! İnsanın əməlləri yaxşı olmasa namaz ona deyir: Bu yoldan dön, düzgün hərəkət et!
Tamamilə sınaqdan çıxmış məsələdir ki, namaz qılan adam bir çox hallarda əyintiyə yol vermiş olsa da, ondan ancaq xeyir və düzgünlük gözləmək olar. Belə ki, qıldığı namaz bir gün onun yol verdiyi bu əyintinin qarşısını mütləq alacaq. Çünki, namaz qılarkən Quran oxuyur. O necə qafil insan olur-olsun, namaz qılarkən müəyyən anlarda oxuduğu sözlərin mənaları haqqında fikirləşməsi zəruridir. Bu mənaları başa düşdükdə onun ürəyinin telləri titrəşəcək və ondakı xeyir axınları oyanıb hərəkətə gələcək.Bu fikri Allah-Təalanın bu kəlamı da təsdiq edir:
“Namaz insanı əxlaqsız və pis əməllərdən çəkindirir” (əl-Ənkəbut, 45)
Uğur sahibi uca Allah bizim namazlarımıza möhtac deyil, əksinə, biz özümüz namaz qılıb ona ibadət etməyə möhtacıq. Onun Öz xəlq etdiklərinə ehtiyacı yoxdur, xəlq etdiklərinin isə hamısının ona ehtiyacı var:
“Ey insanlar, siz Allaha möhtacsınız, Allah isə heç kəsə möhtac deyil və təriflərə layiqdir. O əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gətirər. Bu Allah üçün çətin bir iş deyil” (Fatir, 15-17)
Bizim namazımız özümüzün Ona olan məhəbbətimizi, Onun bizə göstərdiyi fəzilətini etiraf etməyimizi, Onun bizə verdiyi nemətlərə görə Ona şükür etməyimizi açıq-aydın elan etməyimizdən ibarətdir.
Allah namaza biganəlik göstərənlərə də, bizim Onun fəzilətinin etiraf, onların isə inkar etdiklərinə baxmayaraq bizə verdiyi qədər, bəlkə də, bizə verdiyindən də çox nemətlər vermişdir. Onlar doğulduqları, heç nəyə malik olmadıqları o günü unutmuş, öləcəkləri gündən də xəbərsizdirlər. Onlar bilmirlər ki, O gün bütün topladıqları varislərinə qalacaq, varislər onlardan istifadə edəcək onların özlərindən isə topladıqları bu var-dövlətə görə haqq-hesab çəkiləcək. Onlar cürət edib Allaha qarşı çıxdıqları, təkəbbür göstərib Ona ibadət etmədikləri üçün Cəhənnəm dərəsində çaşqınlıq və əzab içərisində olacaqlar:
“Təkəbbür göstərib Mənə ibadət etməyənlər Cəhənnəmə daxil olub həmişəlik orada qalacaqlar” (əl-Mumin, 60)
Hüseyn bin Ubeyd Allahın elçisinin (S.S) yanına daxil olub Qureyş kafirlərinə meydan oxuduğu, onların boş xəyallarını səfehlik adlandırdığı, məbudlarını təhqir etdiyi üçün danlanmışdır. Allahın elçisi (S.S.) onun əleyhinə sübut gətirmiş, onun batil sözünü haqq sözlə rədd etmişdir. Belə olduqda o, təslim olub iman gətirmişdir. Bundan əvvəl isə Peyğəmbərə (S.S) qarşı qəlbi daşdan sərt imiş.
O gün Peyğəmbər əleyhissəlamla Hüseyn arasında belə bir mükalimə olmuşdur:
- Ey Hüseyn, sən neçə məbuda ibadət edirsən?
O demişdir:
- Yerdə yeddi, göydə bir.
- Sənə bir zərər toxunanda kimi köməyə çağırırsan?
- Göydə olan məbudumu.
- Mal-dövlətinə bəla gələndə kimə dua edirsən?
- Göydə olan məbuduma.
- Onlardan yalnız biri sənin duana cavab verdiyi halda o birilərini niyə ona şərik qoşursan?...Hüseyn, Müsəlman ol, başın salamat olsun!
Sənin namaz qılmaqdan əldə etdiyin hər şey bütünlüklə xeyirdir. Məgər sən istəmirsən ki, Allah etdiyin günahları bağışlasın?
“Peyğəmbər (S.S) dedi: Siz bilmək istəyirsinizmi ki Allah günahları nəyə görə silir və insanların dərəcələrini nəyə görə artırır? Dedilər: Əlbəttə, ey Allahın elçisi! Dedi: Bütün çətinliklərə və maneələrə baxmayaraq gözəl və tam dəstəmaz aldığına , məscidə tez-tez getdiyinə,növbəti namazın vaxtını gözlədiyinə görə. Bunları etmək Allahın dininin keşiyində durmaq deməkdir.” Allah sənin günahlarını bağışlasa, sənin müsəlman qardaşların da sevinərlər, çünki onlar sənin üçün də özləri üçün istədiklərinin istəyirlər.
Namazın faydaları o qədər çoxdur ki, onları nə sayıb qurtarmaq olar, nə də yazıb. Çünki o elə bir ilahi əmrdir ki, Allaha onunla ibadət olunur:
“İman gətirmiş bəndələrimə de ki, namaz qılsınlar” (İbrahim, 31)
Əgər sən öz qəlbindəki əxlaqsızlıq bəlasını ləğv edə bilsən və öz rəftarından onun köklərini qoparıb ata bilsən, dinin xalisləşər, nəfsin saflaşar, qəlbin yaxşı, bədən üzvlərin salamat olar, işlərin də düz olar. Əgər pis əməli aradan götürüb onun köklərini kəssən, öz cəmiyyətinin bünövrəsidəki dağıdıcı mikrobu məhv etmiş olarsan və beləliklə, dinindən, özündən və ailəndən arxayın yaşayarsan.
Namaz bədbəxtlik üz vermiş adama kömək edir, çətin məsələlərin düyününü açır:
“(Allahdan) səbrlə və namaz qılmaqla kömək diləyin! Namaz başqalarına böyük əziyyət kimi görünsə də, (Allaha) müti olanlar üçün heç də əziyyət deyil” (əl-Bəqərə,45)
O, insanın düşüncəsinin və cisminin həyat qayğılarından və iş əziyyətlərindən rahatlıq tapması deməkdir. O, müsəlmanlar arasındakı əlaqənin möhkəmləndirilməsinə və insanlar arasındakı sövdələşmədə, dünyadakı hər şeydə nizam-intizamın və ehtiramın qorunub saxlanmasında, qəlbin şəhvət hisslərindən, nəfsin düşmənçilik və hiyləgərlikdən təmizlənməsində, dili yaramaz sözlər danışmaqdan saxlamaqda, gözü, qulağı, təvazö və tərbiyəni, hüquqları gözləmək adətini qoruyub saxlamaqda insanın sevincli və kədərli anlarında öz borclarını yerinə yetirməsində əsas amildir.
Mən şübhə etmirəm ki, namazın bizim Allah-Təalaya ibadət etdiyimiz qaydada ayaq üstdə durmaq (qiyam), əyilmək (rüku), alnını yerə qoymaq (sücud), oturmaq (qüud) kimi xüsusi vəziyyət və hərəkətləri, sağlamlıq üçün də faydalıdır.
Sən Cəhənnəm odunu öz gözlərinlə görəndə sənin təəssüfün səni ondan xilas edə bilərmi? Sən namaz qılmamaqla bu dünyada öz axirətin üçün hansı faydanı əldə etmiş olursan? Bəz namaz qılanda sənə hansı xəsarət toxunur? Sənin üçün bu iki aqibətdən hansı daya yaxşıdır: Xoşbəxtlərlə birlikdə Cənnətdə olmaq, yoxsa günahkarlarla birlikdə cəhənnəmdə olmaq?
Namaz qıl, çünki sən qüdrətli və böyük Allah möhtacsan. Sən onu özünün yaxşı günündə tanı ki, O da səni yaman gündə tanısın.
Namazı qıl, İslama mənsub olduğunu iddia edən, lakin İslamın yaxına buraxmadığı müsəlmanlardan,qafillərdən olma! Gözlə ki, İslamı sökən və xarabazara çevirən bir külüngə çevirməyəsən!
Namaz qıl ki, yaxşı müsəlman qardaşlarına zireh olasan, onların sayını çoxaldasan, qollarına qüvvət verəsən, düşmənlərini qəhr edəsən, münafiqlərin sayını azaldasan.


Tarix: 17.04.2013 / 15:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 843 Bölmə: Maraqlı melumatlar