beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHI ŞÜKR VƏ ZIKR ETMƏYIN VACIBLIYI

İzzət və Cəlal sahibi Allaha, bəxş etdiyi saysız-hesabsız və olduqca dəyərli olan nemətlərin müqabilində şükr etməyin vacibliyi haqda Uca Allah buyurur: “Və Rəbbinin sənə olan nemətindən söhbət aç!” Başqa bir isə belə buyurur: “Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!” (əl-Bəqərə, 152) Yəni, Məni itaətlə, ixlasla və dünyakı mübarizə ilə xatırlayın ki, Mən də sizi xatırlayım. Yəni, sizi daha yüksək dairələrdə tərif sahibi edim, hidayətə çatdırım, dünyada xeyir içində yaşadım, axirətdə isə mərhəmət göstərim.

Allahı çoxlu zikr etmək qəlbi Onunla bağlı edir. Ona görə də Allah taala əmr edir ki, Onu çox zikr etsinlər. Əgər Allahın möcizələrinə və saysız nemətlərinə nəzər yetirsən qəlbi qorxu bürüyər, Rəbbinə üz tutar. Allah taala buyurur: “Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!” (ən-Nəhl, 53) Süleyman əleyhissəlamın Bəlqisi taxtının yanında görərkən dediyi sözləri belə xatırlayır: “Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, yalnız özü üçün şükür edər; kim nankor olsa, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!” (ən-Nəml, 40)
Bəzi elm adamları şükrün üç rüknü olduğunu qeyd etmişlər: Neməti zahirdə danışmaq, batində təsdiq etmək və haqq sahiblərinə itaətlə xərcləmək. İbn Qeyyim (Allah ona rəhmət eləsin!) deyir ki, qulun şükr etməsi üç rüknlə həyata keçir və bu üçü bir olmadan şükür etmiş sayılmaz. Birincisi, Allahın nemətini etiraf etməsi; İkincisi, Ona həmd-səna etməsi; Üçüncüsü, razı olduğu şəkildə ondan kömək istəmək”. Insanlar bu nemətlərə görə müxtəlif təbəqələrə bölünüblər. Allah taala buyurur: “Verdiyiniz ne’mətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verən və şübhəsiz ki, bağışlayan, rəhm edəndir!” (əl-Ənam, 165) İbn Kəsir (Allah ona rəhmət etsin) ayə barəsində deyir: “Yəni, ruzidə, əxlaqda və problemlərdə insanlar müxtəlifdir. Allah taalanın Qurani-Kərimdə buyurduğu kimi, bunun da hikməti var: “Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha yaxşıdır!” (əz-Zuxruf, 32) “Verdikləri ilə sizi ayırd etsin!” ayəsinində isə yəni, sizə verdiyi nemətlərin müxtəlifliyi ilə sizi yoxlamaq və imtahana çəkər. Varlı var-dövləti ilə, kasıb kasıblığı ilə imtahan olunar”. Allah bizi əmrlərinə itaətkar, bəxş etdiklərində şükr edən, mübtəla etdiklərində isə səbirli etsin!”


Tarix: 18.04.2013 / 13:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Maraqlı melumatlar