Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHIN ELÇİSİNİN İSLAHI MÜALİCƏ ETMƏSİNDƏ TUTDUĞU YOL

Buxari və Müslimin “Səhih”lərində Əbu Mütəvəkkilin Əbu Said əl-Xudridən rəvayət etdiyi hədislərdən biri də aşağıdakı hədisdir.
“Bir adam Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) yanına gələrək: “Qardaşımın qarnı ağrayır”, başqa bir rəvayətə görə isə: “Qardaşım ishal olub” deyir. Buna cavab olaraq Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) də: “Bal şərbəti içirt” – deyə buyurur.

Həmin adam ikinci və üçüncü dəfə də gəlib xəstəliyin keçmədiyini bildirdikdə, Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) yenə: “Bal şərbəti içirdin” deyir. Kişi bir də təkrar gələrək: “İçirdim, amma ishalı və ağrısı keçmədi” deyən kimi, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun): “Allahın dediyi söz doğrudur, lakin qardaşının qarnı yalançıdır”
deyə buyurmuşdur. Müslimin Səhihində bu hədis: “Qardaşımın həzmi pozulub, mədəsi xəstələnmişdir” kimi verilmişdir.

Balın bir çox faydaları vardır:

bağırsaqlardakı, damarlardakı və digər daxili orqanlardakı istifadə olunmuş ixrac edilməli qalıqları təmizləyir;

yeyilməsi və xaricdən sürtülməsi orqanizmin ayrılma məhsullarını (ekskretləri) qaydaya salır. Qocalara və bəlğəmli olanlara faydalıdır;

soyuqlamanın qarşısını alır. Qidalıdır, yumşaldıcı xassəyə malikdir, içinə qoyulan maddələrin fərdi xüsusiyyətlərini qoruyub saxlayandır;

xoşagəlməz dərmanların keyfiyyətini dəyişdirərək, xoşagələn hala salır;

köksü və ciyərləri təmizləyir, sidiyi artırır, bəlğəmin törətdiyi öskürəyi yaxşılaşdırır;

gül yağı ilə birgə isti-isti içildiyi zaman yuxuda edilən sayaqlamaları və tiryəkin verdiyi keyəlməni, hissiyatı itirməni aradan qaldırır;

təkcə su ilə qarışdırılmış halda içilərsə, quduz itin dişləməsinə və zəhərli göbələyə qarşı xeyirli olur;

təzə ət balın içinə qoyulduqda ətin təzəliyi üç ay ərzində saxlanır. Eyni qaydada balın içinə acur, xiyar, balqabaq və badımcan qoyularsa, bu bostan məhsulları və bir sıra meyvələr də təzəliyini altı ay ərzində saxlayar;

ölünün meyidini də bir müddət ərzində çürüməkdən (mumiyalama vasitəsi kimi) qoruyur. Bu xüsusiyyətlərinə görə bala “etibarlı qoruyucu” adı verilmişdir;

bit salmış adamın bədəninə və saçına sürtüldükdə biti və yumurtalarını öldürür. Saçları uzadır, gözəlləşdirir və yumşaq edir;

bal gözə sürmə kimi çəkildikdə gözlərin qaralmasının qarşısını alır;

diş balla fırçalandıqda ağarır, dişin üstünə yığılan ərp təmizlənir, dişlərin və diş minasının möhkəmliyi qorunur, tutulmuş damarları açır və qadınların heyzinin nor¬mallaşmasına səbəb olur;

səhər-səhər ac qarnına balın yalanması, bəlğəmi qovur, mədənin iç tərəfindəki telləri əmələ gətirən lifləri yuyur, mədədəki artıqları qırağa atır, hərarətini eyni vəziyyətdə saxlayır, keçməzlikləri açır. Bu fəaliyyəti eynilə ciyərdə, böyrəklərdə və sidik kisəsində də həyata keçirir;

bal ciyərdəki tıxaclara və dalaqdakı xəstəliklərə bütün şirniyyatlardan ən az zərər toxunduranıdır. Bütün başqa müalicə vasitələrindən ən az zərərli olan, təkcə öd xəstəlikləri üçün zərərli olan bir qida maddəsidir.

Öd xəstəlikləri olanlara zərəri sirkə və ona bənzər maddələrlə aradan qaldırıldığı təqdirdə, belə xəstələr üçün son dərəcə faydalı müalicə vasitəsi olur. Bala qida maddəsi kimi yanaşdıqda – qida maddəsi, dərman kimi yanaşdıqda - dərman, içki kimi yanaşdıqda - içki, şirniyyat kimi yanaşdıqda – şirniyyat, qaymaq kimi yanaşdıqda – qaymaq, sakitləşdirici kimi yanaşdıqda – sakitləşdirici bir qidadır. Bu baxımdan yanaşdıqda bizim üçün baldan daha əfzəl, bala bənzəyən və bala yaxın dəyərli bir qida maddəsi yaradılmamış olduğunu anlayırıq. Qədim dövrün alimləri təkcə bala etibar edir və müalicədə ondan istifadə edirdilər. Keçmiş alimlərin əsərlərində şəkərin adı heç çəkilmir və onu heç tanımırdılar da. Çünki şəkər zəmanəmizə məxsus bir hadisədir, yaxın vaxtlarda meydana gələn bir ərzaq vasitəsinə çevrilmişdir.

Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) balı ac qarnına su ilə birlikdə içərdi və onun belə etməsində, qoruyucu həkim nəzər nöqtəsindən, zəkalı və fəzilətli bir insanın dərk edə biləcəyi aydın bir sirr vardı ki, biz bu sirri, inşallah, “Peyğəmbərimizin qoruyucu həkimlikdəki rəhbərliyi” mövzusunda izah edəcəyik.

İbn Macənin Sünənində Əbu Hureyrənin (Allah ondan razı olsun) mərfu kimi rəvayət etdiyi hədislərdən:
“İki şəfaya yaxşıca sarılın. Bunlar bal və Qurandır”(İbn Macə, Hakim Səhihində)
buyurulmuşdur. Beləliklə, insanın yaratdığı tibb ilə ilahi tibb, bədən müalicəsi ilə ruhun müalicəsi və yer üzündə əldə edilən müalicə vasitələri ilə göydən nazil edilən şəfa birləşdirilmişdir.
Bu vəziyyət başa düşüldüyünə görə, Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) bal haqqında bizə izah etdiklərini açıqlamağa keçə bilərik. Bəhs etdiyimiz hadisədə adamın qarın ağrısı həddən artıq yeməsi üzündən həzm edə bilməməyindən irəli gəlmişdi və (buna görə) Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) onun mədə və bağırsaqlarının kənar və bucaqlarında yığışıb qalmış zərərli maddələrin xaric edilməsi üçün bal içməyi əmr etmişdir. Çünki bal mədəni təmizləyir və zərərli qalıqları bayıra çıxarır. Yapışqan və sürüşkən xassəli zərərli maddələr mədənin divarlarına yapı¬şaraq mədəni və qidanı çirkləndirir. Bal isə mədəni tutan bu maddələrdən yaxşıca təmizləyir. Belə hallarda, xüsusilə də, bal isti su ilə qarışdırıldıqda, bu, ishalın ən təsirli müalicəsi hesab olunur.
Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) həmin adamın xəstə qardaşına təkrar-təkrar bal içməsini söyləməsinin məqsədi bunun tibbi baxımdan açıq-aydın bir mənası olduğuna görə idi. Burada başa salınmağa çalışılan şey, məsləhət görülən dərmanın (əlacın) miqdarı və dozasının xəstəliyə müvafiq gəlməsini vurğulamaqdır. Əgər verilən dərman az olarsa, xəstəliyi tam sağaltmaq mümkün olmaz. Yox, əgər artıq olarsa, onda orqanizmin müqavimətini zəiflədərək, başqa bir xəstəliyə səbəb ola bilər. Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) adı keçən xəstəyə bal içirdilməsini göstəriş verdikdə, xəstənin qardaşı ona balı kifayət qədər verməmişdi. Buna görə də xəstə sağalmamışdı və bunu Peyğəmbərimizə (ona Allahın salavatı və salamı olsun) xəbər verdikdə, o (ona Allahın salavatı və salamı olsun), içilən balın miqdarının lazımi qədər olmadığını başa düşmüşdü. Xəstəliyin davam etməsi təkrar bildirildikdə, o da öz dediyinin üstündə israr etdi. Ancaq bu üsulla xəstəyə lazım olan miqdarda bal verilməsinə və onun sağalmasına səbəb oldu. Xəstəliyin sağalmasına lazım olan qədər bal içilən kimi, Allahın izni ilə, xəstənin halı yaxşılaşdı.
Dərmanın miqdarı və dozası xəstəliyin və xəstənin gücünə görə tənzimləmək – tibb elminin əsas prinsiplərindən biridir.
Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun): “Allah doğru demişdir, qardaşının mədəsi isə yalançıdır” deməsi baldan hazırlanmış şərbətin faydasının gerçəkliyini göstərməkdədir. Xəstəliyin keçib getməməyi əslində verilən dərmanın qüsu¬ru deyildi. Mədədə yığılıb qalmış zərərli maddələrin çoxluğu üzündən mədənin dərmanı qəbul etməməsi buna səbəb olmuşdu. Buna görə Peyğəmbərimizin (ona Allahın sala¬vatı və salamı olsun) də balın təkrar-təkrar içilməsində israr etmişdi. Peyğəmbər tibbi həkimlərin tibbi kimi deyildir. Çünki Peyğəmbərimizin (ona Allahın salavatı və salamı ol¬sun) tibbi qəti və yəqin məlum olan ilahi təbabətidir. Vəhydən, peyğəmbərlik nurundan və kamil ağıl mənbəyindən qaynaqlanır. Peyğəmbərlərdən başqalarının təbabəti isə, əksəriyyətlə, fərziyyə, zənn və təcrübədən ibarətdir. Peyğəmbərimizin (ona Allahın sala¬vatı və salamı olsun) tibbindən xəstələrin çoxunun faydalana bilmədiyi inkar edil¬məzdir. Çünki ondan təkcə faydalı olacağını qəbul edən, şəfasına inanan, iman və xeyirxahlıqla bu düşüncəni mənimsəyən insanlar faydalana bilərlər. Peyğəmbər təbabəti qəlblərə şəfa verən Quranın özüdür!... Bunun belə olduğuna inanılmadığı halda Qurani Kərim vasitəsilə qəlbin (ruhun) xəstəliklərindən xilas olmaq mümkün deyildir. Əks təqdirdə, münafiqlərin rəzilliyi və nifaq xəstəlikləri daha da artar.
Qurani Kərimin şəfası təkcə pak ruhlara və canlı qəlblərə müvafiq gəldiyi kimi, Peyğəmbər tibbi də təmiz insanlara şəfa verir. İnsanların peyğəmbər təbabətindən üz çevirməsi faydalı bir şəfadan – Qurani Kərimin şəfasını diləməkdən üz çevirmək kimi bir şeydir. Nöqsan təkcə dərmanda (əlacda) görülməməlidir. Xəlq olunan fərdin pisliyi, dər¬ma¬nın daxil olacağı məkanda pozğunluğun mövcudluğu və orqanizmin dərmanı qəbul edə bilməməsi burada vacib şərtlərdəndir. Uğura müvəffəq edən ancaq Allah¬dır!
“(O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar”(Nəhl, 16/69.)
kərim ayəsindəki “fihi” əvəzliyinin “balamı” və yaxud “Quranamı” aid olması barədə insanlar (rəylərini bildirən alimlər) müxtəlif nəzər nöqtələri irəli sürmüşlər. Bu mövzuda iki əsas baxış vardır. Bunlardan doğru olanı əvəzliyin “bala” aid olduğu müddəasını müdafiə edən nəzəriyyədir. İbn Məsud, İbn Abbas, Həsən, Qətədə və alimlərin əksəriyyəti bu nəzəriyyə tərəfdarları idilər. Ayədə barəsində bəhs edilən şey “baldır”. Kərim ayə məhz baldakı bu xüsusiyyətin izah edilməsi üçün nazil olunmuşdur. Ayədə Qurana toxunulmur. Sonuncu rəy, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun): “Allah doğru demişdir...” ifadəsi, bir qayda olaraq, bu məsələni aydınlaş
dırmışdır. İşin əslini Cənab Haqq daha yaxşı bilir.


Tarix: 14.04.2013 / 14:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 435 Bölmə: Maraqlı melumatlar
loading...