beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəif hədis

Sual-Xahiş edirəm mənə elə bir kitab göstərin ki, orada çoxlu zəif və uydurma hədislərin siyahısı olsun ki, o hədisləri bilək və onlardan çəkinək, ehtiyatlı olaq.

Cavab-Sizə məsləhət edirəm ki, zəif və uydurma hədisləri oxumayın. Çünki, ancaq elm əhli-səhih və zəif hədisi bir-birindən fərqləndirə bilən kəslər-onları oxuya bilər. Sizə məsləhətim budur ki, Riyad əs-Salihin hədis kitabını oxuyasınız. Çox qiymətli bir kitabdır. Müəllifi kitabda səhih və həsən hədisləri vermək və zəif hədisləri verməmək üçün zəhmət çəkmiş, çalışmışdır. Və müəllif kitabının əksər fəsillərini Qurandan bir ayə ilə başlayır.

Yeni başlayan, islam elmini təhsil etmək üçün erkən mərhələdə olan insan hər bir kitabı oxumaq üçün cəhd göstərməməlidir. Çünki o bunların hamısını dərk edə bilməyəcəkdir. Və nəticədə onda şübhələr meydana gələcəkdir ki, sonda onun üçün problem yaradacaqdır. Sadəcə səhih olanı oxuyun və oxumaq istəyirsinizsə Əl-Lulu vəl Mərcan kitabını oxuyun. Bu kitabda əl-Buxari və Müslimin hər ikisinin ittifaq etdikləri bütün hədislər mövcuddur. Bu kitab peyğəmbərdən sallallahu aleyh və səlləm rəvayət olunan ən səhih hədisləri ehtiva edir. Çox dəyərli və faydalı bir kitabdır. Və Qüdrətli Allah daha yaxşı bilir.

Fətəvə isləmiyyə, cild 7, səh.181, Darussalam

Muhammad ibn Salih əl Useymin


Tarix: 06.04.2013 / 14:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 207 Bölmə: Maraqlı melumatlar