beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah üçün sizi sevirəm

Sual-Mənim sualım yoxdur. Lakin demək istəyirəm ki, mən sizi Allah xatirinə sevirəm. Allaha dua edirəm ki, bu dünya və axirətdə sizi müvəffəq etsin.

Cavab- Həmd Allaha məxsusdur.

Əziz qardaş, sünnəyə əməl etdiyinizə görə Allah sizi mükafatlandırsın. Əl-Miqdam bin Madi Karib radiyallahu anhu rəvayət edir ki, peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Sizdən kim qardaşını sevirsə bunu ona bildrisin”. (Tirmizi, hədis həsən səhihdir).

Həmçinin Ənəs bin Malik radiyallahu anhu demişdir: “Mən peyğəmbərin yanında oturmuşdum. Bir nəfər gəlib keçərkən dedi:”Ey Allahın peyğəmbəri, həqiqətən mən bu kişini (qardaşcasına) sevirəm; peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Sən bunu ona xəbər vermisən?” Kişi dedi: Xeyr. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Qalx və get ona bildir”. O ayağa qalxdı və onun yanına gedərək dedi: “Ey filankəs və filankəs, Allaha and olsun ki, həqiqətən mən səni Allah xatirinə sevirəm”. O dedi: “Məni Onun xatirinə sevdiyin səni də sevsin”. (İmam Əhməd və Əbu Davud rəvayət etmişdirlər, hədis səhihdir).

Ona görə də biz də sənə deyirik: “Əhəbbək Allahu əlləzi əhbəbtəni fih (Məni Allaha görə sevdiyin (Allah) səni də sevsin)”.



Muhammad Saleh əlMunəccid


Tarix: 06.04.2013 / 14:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 118 Bölmə: Maraqlı melumatlar