beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müəllimlərin və tələbələrin qeybətini etmək

Sual- Mənim bəzi iş yoldaşlarım dərhal məktəbdəki müəllim və tələbələrin qeybətini edirlər. Mən onlara dəfələrlə bu əməllərinə son qoymağı nəsihət etmişəm. Öz nəsihətimdə səmimi olmağa çalışmışam. Lakin çox keçmədi ki, onlar yenidən eyni əmələ qayıtdılar. Mən nə edim və onlarla olduğum üçün mənə günah yazılır?

Cavab- Nə qədər ki, siz onlara nəsihət edirsiniz, qeybətdən çəkindirirsiniz yaxşı əməl edirsiniz.

Onlar sizin nəsihətinizi qəbul etsələr sizin etdiyiniz xeyirdə onların da payı var. Lakin qəbul etməsələr, o zaman siz doğru olanı edirsiniz və onlara isə işlədikləri bu əmələ görə günah var.

Bununla belə, siz onlara nəsihət etməyə davam etməlisiniz-hətta onlar bu əməli davamlı olaraq etsələr də. Siz tez-tez onlara nəsihət edəndə və onlara Allahı xatırlamağa dəvət etdikdə, ola bilsin ki, sizin nəsihət etdiyiniz insanlar sonda bu əməllərinə son qoyacaqlar və günahlarına görə tövbə edəcəklər.

Bundan əlavə, onlar və həmçinin digərləri dillərini haram sözlərdən qorumalıdırlar. Onların yadına salmaq lazımdır ki, qeybət etməyə son qoymasalar Qiyamət Günü qeybətini etdikləri insanlar onların yaxşı əməllərindən götürəcəklər; onların yaxşı əməlləri kifayət qədər olmasa, o zaman qeybət etdikləri insanın pis əməllərinin bəzi yüklərini həmin qeybət edən insan götürəcək.

Fətəvə İsləmiyyə, cild 8, səh. 118, DARUSSALAM


Tarix: 06.04.2013 / 14:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 53 Bölmə: Maraqlı melumatlar