beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın

104. Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.
105. Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.
106. O gün neçə - neçə üzlər ağaracaq, neçə - neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə küfrünüzə görə dadın əzabı!” – deyiləcəkdir.
107. Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında olacaq və orada əbədi qalcaqlar. Bunlar Allahın ayələridir. Onları sənə bir həqiqət olaraq oxuyuruq. Allah aləmlərə haqsızlıq etmək istəmir.
(Ali – İmran – 104,105,106,107)

159. Dinlərini parçalayıb firqə - firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.
(əl – Ənam – 159)


53. Lakin onlar öz dinini aralarında parçalyıb firqələrə bölündülər. Hər firqə öz təriqətinə sevinir.
54. Sən onları bir müddət öz cəhaləti içində burax!
(əl – Muminun – 53,54)


Tarix: 11.04.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar