Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytana Aldanmayaq

Mərhəmətli və uca olan Allahın adı ilə!
Müasir zamanda adəm övladları dünyəvi dəyərləri üstün tutaraq şeytanın oyununa gəlirlər,halbuki Quranda bir çox yerdə şeytanın insanın açıq-aydın düşməni olduqu barədə Uca Allah bizə çoxlu sayda nümunələr vermişdir

Uca Allah buyurmuşdur:

(Ya Rəsulum!) Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?
Elə isə onlardan ötrü (onların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq. (Qoy hələ bir az da yaşayıb daha çox günah etsinlər. Biz müəyyən müddətdən sonra onların cəzasını verəcəyik).
Allah bizə şeytanın düşmən oldugunu bildirərək bizi,yani yaratdıgı insanı,canlıların arasında en mukemməl yaradılışa ,və Allah dergahında üstün tutulduguna görə mələklərə ona səcdə edin deyildikdə hər biri razılığını bildirdiyi zaman iblis səcdə etməkdən imtina etdi.
(Məryəm,83-84)

Uca Allah buyurmuşdur:

[ (Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!
Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!”
Bundan sonra mələklərin hamısı ona (təzim məqsədilə) səcdə etdilər.
Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
(Allah buyudu: ) “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”
(Şeytan) dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!)
(Allah) buyurdu: “Oradan (Cənnətdən və ya səmalardan) çıx. Sən məlunsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)
Sən qiyamət gününə qədər lənətlənmişsən!”
(İblis) dedi: “Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!”
(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən”
Ancaq məlum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!
(İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!
Yalnız Sənin sadiq bəndələrindən başqa!”
(Allah) buyurdu: “Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur!)
Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!
Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş (onları gözləyən) yerdir!
(əl-Hicr ,28-43)[/b]

Bu surədə şeytanla dostluqun,ona uyub Allah dərgahında haram olana meyl edib ona əl uzatmaq,onu dadmaq arzusu ,gunahı savab kimi qələmə vermək və Allah dərgahında cəhənnəmi qazandıracaq əməllərə nəfs etmək şeytanın İsrafil surunu birinci dəfə çalana qədər,o günə qədər iblisin ən önəmli məsələsidir.
Çox təəssüfki bizlərdən bir çoxumuz bu işi görmək üçün ona əlimizdən gələn yardımı edirik,Quranda Allahın haram və bizə halal olmadığını etməklə,Məhəmməd Peyğəmbərimizin (s.a.s.)sünnəsini inkar etməklə,namazımızı gecikdirməklə səbəbsiz yerə və yaxud heç qılmamaqla,zina etməklə,falçılara müraciət etməklə,valideyinlərimizə sahib çıxmamaqla,onları tərk edib getməklə və yaxud sevgimizi əsirgəməklə,kobudluğumuzla,insanları incitməklə,alçaldmaqla,zəkat və oruc borcumuzu unutmaqla,yetimə,kasıba,yoxsula əl tutmamaqla,Resulullahın bizə qoyub getdiyi sünnəsinə əməl etməməklə və səhabilərinin xatirəsini əziz tutmamaqla,cümələri məsciddə ibadət yerinə evdə TV-ya baxmaqla və yaxud işdə oyalanmaqla,paxıllıq və nəfsimizə hakim ola bilməməklə,müsəlmının balaca səhvini bağışlamaq əvəzinə onu incitməklə,müsəlmana kin ,nifrət bəsləməklə və ən əsası həcc ziyarətinin yerinə yetirmək əvəzinə ,qarış-qarış dünyanın hər bir olkəsini gəzmək və bunun yolunda bütün sərmayəsini istifadə etməklə,bu cür səbəbləri çox saymaq olar halbuki bunun yerinə həyatımızın qalan müddətini gözəl əməllərlə keçirsək daha xeyirli olmazmi?

Uca Allah buyurmuşdur:

Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki, onların kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?!
Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!
Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!
Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!”
(Ən-Nəhl,48-51)

Uca Allah buyurmuşdur:

Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!
(əl-Ənkəbut,8)

Uca Allah buyurmuşdur:

Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!
Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.
Rəbbiniz ürəklərinizdə olanları (qəlblərinizin sirlərini) ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki) Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!
Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə!
Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!
Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləmək məqsədilə onlardan (kömək göstərilməsi lazım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir şeylə kömək etmək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə də məcburiyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən), heç olmasa, onlara (“Darıxmayın, Allah mənə ruzi bəxş edər, mən də sizə verərəm!” kimi) xoş bir söz de!
Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!
(əl-İsra,23-29)

Uca Allah buyurmuşdur:

(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!
(- əl-Ənkəbut,45)

Allahın Rəhmətindən uzaq düşüb şeytana uymaq necədə pisdir!

Uca Allah buyurmuşdur:


(Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər.
Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər
( əl-Həcc,4-5)

Halbuki,Allaha yaxın olub,Məhəmməd (s.a.s.)sünnəsinə əməl edib,səbirli olub,haramdan çəkinib,ibadətə və itaətə laiq olan,oxşarı ,şəriki ,bənzəri olmayan Rəbbinə ibadət edib,cənnətin qapılarından gözəl qoxulu bir müsəlman kimi keçmək necədə gözəldir?

Uca Allah buyurmuşdur:

(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!
(Kafirlərin) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (sürəklidir, əbədidir)!
Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!
(Taha,131-132-133)

Bəzəndə ibadət etdiyimiz halda bir çətinə düşdüyümüz zaman səbirsizliyimizi nümaiş etdirib,Allahın sınaqından gözəl bir şəkildə çıxa bilmirik!Bununla bağlı Allahın Resulu bir hədisdə səbrin Allah tərəfindən olduğunu,tələsməyin isə şeytandan olduğunu bildirib.

Quranda isə Əsmai-Hüsni olan Allahımız belə buyurub:
Şübhəsiz ki, bunda (insanlar üçün) ibrətlər vardır. Həqiqətən, Biz (bəla, müsibət göndərməklə bəndələrimizi) imtahana çəkirik!
(əl-Muminun,30)

Uca Allah buyurmuşdur:

Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!
(əl-Kəhf,28)

Ey gözəl müsəlman bacı və qardaşlarım gəlin şeytanın cəhənnəmə aparan yolundan uzaq düşüb,agacları altından çaylar axan,əbədi cənnəti möminlərə vəd edən ,heç bir oxşarı olmayan ,Allahın c.c görmək,Rəsulalllah(s.a.s)görmək kimi imkanı əlimizdən buraxmayaq və bu yolda gözəl əməllər edək!
Günahlarızın bağışlanması üçün tövbə edib,Allahdan bağışlanma diləyək.

Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir

Uca Allah buyurmuşdur:

Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər.
O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz);
O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara cani-dildən qulaq asar);
Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər.
Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbr etdiklərinə görə cənnət guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar.
Onlar orada əbədi qalacaqlar. O, nə gözəl mənzil, nə yaxşı iqamətgahdır!
(əl-Furqan,70-76)

Uca Allah buyurmuşdur:

Sən pisliyi yaxşılıqla dəf et! (Gözəl xislət sahibi olub sənə pislik edəni, əziyyət verəni əfv et!) Biz (müşriklərin Bizə) aid etdikləri sifətləri (və sənin haqqında dedikləri nalayiq sözləri) daha yaxşı bilirik!
Və de: “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram!
Onların yanımda olmalarından (işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim!”
(əl-Muminun,96-98)

İman gətirək dilimiz və ən əsası qəlbimizlə:

Uca Allah buyurmuşdur:

İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!)
Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!
Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!
Hər kəs Allahla qarşılaşacağına (qiyamət günü dirilib Allahın hüzurunda duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın (haqq-hesab üçün) müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah (hər şeyi) eşidəndir, biləndir!
(əl-Ənkəbut,1-5)
Allah bəndəsini hec vaxt darda qoymaz,gəlin bu oyunla dolu olan dünyadan yapışıb cənnətimizi qaçırmayaq!AMİN!

Uca Allah buyurmuşdur:

(Yer üzündə zəiflikləri ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, (hər şeyi) eşidəndir, biləndir. (Sizə dininizə görə bir məşəqqət üz verdiyi zaman məişət çətinliklərindən qorxub başqa ölkələrə hicrət etməkdən çəkinməyin. Allah orada da ruzinizi verəcəkdir. O sizi heç vaxt darda qoymaz!)
Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər).
(əl-Ənkəbut,60-64)


Tarix: 12.04.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 868 Bölmə: Maraqlı melumatlar
loading...