Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH nəyə görə donuz ətini yeməyi qadağan edib?

“O(ALLAH)sizə ölmüş heyvanı,(axar)qanı,donuz ətini...(yeməyi)qəti haram
etmişdir...”.(surə2,ayə173)
”Ölü (kəsimədən ölüb murdar olmuşdur)heyvan,qan,donuz əti,sizə haram edildi...”(surə 5,ayə 3).
”ALLAH sizə ancaq ölü heyvanı,qanı,donuz ətini haram buyurmuşdur...”(surə 16,ayə115).

Çoxları deyir ki,nəyə görə qoyun əti yemək olar,mal olar,toyuq olar,ancaq donuz olmaz,o da heyvandır da!Bəziləri isə donuz ətinin faydalı olduğunu düşünürlər.Onların fikrincə,Məhəmməd Peyğəmbərin(s.ə.s)zamanında soyuducu olmadığından donuz əti tez xarab olurdu.İndi isə bir çoxları bu əti yeyir və onlara heç nə olmur.Lakin gördüyünüz kimi,Qurani-Kərim donuz ətini yeməyi qadağan edir.Sizin üçün də yəqin,maraqlıdır:ALLAH nəyə görə donuz ətini yeməyi qadağan edib?

İnsan hər şeydən öncə bunu bilməlidir ki,ALLAH tərəfindən qoyulan hər bir qadağa yalnız insanın xeyrinədir.ALLAHın bu qadağasının əsl səbəbini,əlbəttə,yalnız və yalnız ALLAHIN özü bilir.Ancaq səbəb nə olur-olsun insanın xeyri üçündür.UCA ALLAHA,Onun nazil etdiyi Qurana iman gətirən hər bir kəs üçün bu məsələdə zərrə qədər də şəkkə-şübhə
yoxdur!İlk növbədə?UCA ALLAH bu qadağa ilə insanın onun göstərişinə əməl edib-etməyəcəyinə öyrənir,yəni insanı sınağa çəkir.ALLAHA imanı olan və Onun buyurduğunu rəhbər tutan hər kəs bir mənalı olaraq donuz əti yeməkdən
çəkinəcək.Niyə?Çünki “yemə!”buyurub.Bu baxımdan da insana baş sındırıb ALLAHIN bu qadağanı nəyə görə etdiyini araşdırmağa dəyməz.Ən doğrusunu UCA ALLAH bilir!
UCA ALLAH Quranda buyurub:”Biz yer üzündə olanları onun(sakinləri)üçün(və ya onun özünə
məxsus)bir zinət yaratdıq ki,onlardan hansının daha gözəl əməl sahibi olduğunu
yoxlayıb ayırd edək”(surə18,ayə7).
Bəlkə də donuz ətini yemək qadağası elə ALLAHIN ən böyük sınaqlarından biridir?!

DONUZ ƏTİ XEYİRLİDİR?
UCA ALLAHIN qadağa qoyduğu donuz barədə tarixən saysız-hesabsız araşdırmalar aparılıb.Onu da qeyd etmək lazımdır ki,donuzu yemək qadağası İncildə də yer alır.Bir çoxları bundan xəbərsiz olsalar da,İncildə aşkar şəkildə donuz əti yemək qadağan edilib:”Lakin gövşəyən,yaxud qoşadırnaqlı heyvanlar içində bunları yeməyin:donuz ,çünki o qoşadırnaqlı olsa da,gövşəmir,buna görə də sizin üçün haramdır.Onların nə ətini yeyin,nə də leşinə toxunun,onlar sizin üçün haramdır”(İncil.Levillilər fəsil 11:4,7-8).

Bir sıra elmi tədqiqatların nəticələri göstərmişdir ki,donuz ətinin insan orqanizmi üçün çox böyük zərəri var.Buna baxmayaraq insanlar yenə də bu ətdən istifadə edirlər.

Alimlər bildirirlər ki,donuz əti yeyən insan trixinelloz xəstəliyinə yoluxa bilər.Bu xəstəliyin törədiciləri donuzun orqanizmdəki”trixinella”parazitidir.Yoluxmuş donuz əti 2-3 həftə sonra trixinelloz xəstəliyi baş qaldırır.Adıçəkilən parazitləri ətdə,demək olar,məhv etmək mümkün deyil.Yüksək və aşağı temperatur onlara təsir edə bilmir.Bu baxımdan da bir çoxlarılə nın “o zaman soyuducu olmayıb”kimi iddiaları yersiz görünür.Soyuducu bele bu problemlərin qarşısında acizdir.

DONUZ ƏTİ YEMƏK BƏDXASSƏLİ ŞİŞİN YARANMASINA SƏBƏB OLUR.

Donuz orqanizmdə başqa viruslar da yaşayır.Ensefalit (başbeyin iltihabı)kimi ağır bir xəstəliyin virusları donuzdan qansora həşəratlar vasitəsilə insanlara yoluxur.Ensefalit iflic,udma və tənəffüs proseslərinin pozğunluğu,psixikanın pozulması,bəzən hətta ölümlə də nəticələnə bilər.Alimlərin qənaətinə görə,piyli donuz hüceyrələri mədə şirəsində həzm olunmur,yad cisim kimi orqanizmdə qalaraq,sonradan bədxassəli şişin yaranmasına səbəb olur.Özü də,donuz ətinin zərərli
dərhal deyil,müəyyən bir vaxt keçdikdən sonra özünü göstərə bilər.


Bizə ancaq tibb elminin üzə çıxardığı zərərlər məlumdur.Özü də bugünkü elmə məlum olan çərçivədə.Ancaq ALLAH daha yaxşı bilir,donuz ətinin istifadəsi daha neçə-neçə Nmənfi nəticələrə səbəb ola bilər.İnsan ALLAHA inanırsa,Ona etibar edirsə,özünü dost bilirsə,Onun göstərişlərinə də inanım əməl etməlidir.Tam əmin olaraq ki,bu onun xeyrinədir!Çünki UCA ALLAH insanları sevir və onların ziyan görməsini istəməz.
Ən doğrusunu ALLAH bilir!...


Tarix: 12.04.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 266 Bölmə: Maraqlı melumatlar
loading...