beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Insan niyə yatır?

Heç düşünmüsünüzmü insan niyə yatır?
İnsan həyatının üçdə biri yuxuda keçir. Bu sual əsrlər boyu alimləri düşündürmüş lakin dəqiq bir cavab tapılmamışdır.
İnsan yatmaqla gün ərzində itirdiyi enerjini bərpa etməklə yanaşı, beynin dincəlməsinəstimul verir.
Əgər biz yatmasaq nə baş verər ümumiyyətlə yuxsuz yaşamaq mümkündürmü?
Yuxusuzluq insan beyninə öz funksiyasını yerinə yetirməkdə güclü təsir edir. İnsan bir gün yuxusuz qalan zaman əsəbi gərginlik, yaddaş zəifliyi, diqqətin dağılması və yorğunluqla rastlaşır.
İnsan gün ərzində nə qədər yatmalıdır? Tədqiqatlar göstərir ki,normal bir insan gün ərzində norma 7,5 saat olmaqla minimum 5 maksimum 11 saat yata bilər.


Tarix: 13.01.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Maraqlı Məlumatlar