beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnformasiya axını insan beynini həcmcə və kütləcə böyüməyə məcbur edir

İnsan beyni gündə orta hesabla 100 min sözün “hücumuna” məruz qalır.

Britaniya KİV-nin yaydığı xəbərə görə, informasiya axını hiss olunmadan daha bir “inqilaba”- insan beyninin kütləcə böyüməsinə və həcminin artmasına səbəb ola bilər. Bu qənaətə informasiya selinin törətdiyi nəticələri öyrənən beynəlxalq tətqiqatçılar qrupu gəlib.
Oksford Universitetinin nevrologiya professoru Kolin Blekmorun sözlərinə görə, “Əgər beyin intensiv şəkildə işləyirsə, o böyüyüb, iriləşə bilər”. Blekmorun qənaətincə, indiki informasiya axını yeni beyin hüceyrələrin yaranması ilə nəticələnə bilər.
Kaliforniya Universitetinin professoru Rodcer Bonun müəyyən etdiyi kimi, beyin hər gün 100 min sözün və yaxud 34 qiqabayt informasiyanın bombardanına məruz qalır. Əslində bu fikir iş vaxtından sonrakı informasiya axınını nəzərdə tutur- yəni ssöhbət kinoteatrlara getməklə, telefondakı söhbətlərlə, video oyunlarla, intenetə baxmaq və qəzet oxumaqla alınan informasiyalardan gedir.
Professor Bon xəbərdar edir ki, informasiya axınının artmasını düşünmə prosesinin gəti şəkildə dəyişməsinə gətirib çıxarır. Beləki, bu proses sürətlə baş verir, səthi və fasilələrlə olmaqla, insanın dərin düşünmə qabiliyyətini zəiflədir.


Tarix: 13.01.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Maraqlı Məlumatlar