Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qopan qulağını mədəsinə tikdilər

İngilis xəbər agentliklərinin verdiyi xəbərə görə İngiltərə vətəndaşı olan Paul Gibbs dostları ilə gəzintidə olarkən üç naməlum şəxs tərəfindən hücuma məruz qalıblar və Paul dava zamanı beyin travması almaqla yanaşı həmçinin sol qulağını da itirib.
Hücum zamanı qopan qulağı tez bir zamanda tapa bilməyiblər. Ancaq davadan 17 saat sonra tapılan qulaq gec tapıldığı üçün həmən dəqiqə yerinə tikilməyib və bəzi toxumaların bərpası üçün plastik cərrahlar tərəfindən Paulun qarnının iç tərəfinə tikilib.
Doktorlar bir müddət sonra qabırğadan götürülən qığırdaqlardan istifadə edərək qulağın yerinə tikilməsinin mümkün olduğunu söyləyirlər.


Tarix: 13.01.2015 / 13:51 Müəllif: Aziza Baxılıb: 16 Bölmə: Maraqlı Məlumatlar
loading...