beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pambıqdan qıda məhsulları hazırlayacaqlar

Almaniyada nəşr olunan “Die Welt” qəzetində dərc olunan bir xəbərə görə Amerikalı elm adamlarının apardığı tədqiqatlar nəticəsində pambığın çəyirdəyindəki "gossypol" adlı zəhərli maddəni ayırmışlar. ”Texas A&M” Universitetinin əməkdaşlarının apardığı araşdırmaya rəhbərlik edən Keerti Rathore dünya əhalisinin əksər hissəsini təşkil edən kasıb təbəqə qida çatışmamazlığı ucbatından gündəlik protein ehtiyacını qəbul edə bilmir və əgər proteinlə zəngin bir bitki olan pambıqdan qıda məhsulları istehsal edilərsə dünyadakı pambıq tarlalarının 500 milyon insanı qidalandırma gücünə malik olduğunu vurğulamışdır.
Araşdırmanın Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olduğu və pambıqdan gələcək 10 il ərzində çörək, şokolad və.s bu kimi qıda məhsullarının hazırlanacağı bildirilir.


Tarix: 13.01.2015 / 13:36 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Maraqlı Məlumatlar