beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyrəyindən yarım kq daş çıxdı

Gəncə şəhərində qeyri-adi hadisə baş verib. Belə ki, Abbas Səhhət adına xəstəxanada əməliyyat edilən şəxsin böyrəyindən yarım kiloqramdan artıq daş çıxarılıb.

Yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, Goranboy rayon sakini 1951-ci il təvəllüdlü Fəxrəddin Qasımovun böyrəyindən çıxarılan daşın ağırlığı 600 qram olub. İlk dəfə belə hadisə ilə rastlaşan həkimlər Fəxrəddinin bir böyrəyini də çıxarıblar.

Qeyd edək ki, cərrahiyyə əməliyyatı dekabrın 5-də aparılıb. Hazırda xəstənin vəziyyəti normaldır.


Tarix: 13.01.2015 / 13:34 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Maraqlı Məlumatlar