beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ikinci hamilə kişisi

ABŞ-ın Kaliforniya ştatında yaşayan 30 yaşlı Scott bu günlərdə Amerika mətbuatının diqqət mərkəzindədir. Onun məşhurlaşmasına səbəb isə cinsiyyətini dəyişərək kişi olduqdan sonra hamilə qalmasıdır. Əslində Scott dünyaya qadın olaraq gəlsədə sonradan cinsiyyətini dəyişərək kişi olmağa qərar vermişdir. Buna baxmayaraq o hamilə qalmış və yaxın günlərdə körpəsini dünyaya gətirməyə hazırlaşır. Artıq Scott körpəsinə qoyacağı adı da düşünüb o körpənin adını Miles qoyacağını bildirib. Scott mətbuata verdiyi açıqlamada: “insanlar məni qınaya bilər lakin mən bu vəziyyətdən çox məmnunam” deyə qeyd etmişdir.
Xatırladaq ki, daha əvvəl dünyanın ilk hamilə kişisi Oregonda yaşayan Thomas Beatie adlı şəxs kimi tarixə düşmüşdür.


Tarix: 13.01.2015 / 13:25 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Maraqlı Məlumatlar