beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təmiz hava satılır

Şüşə qablardakı havalar İngiltərədə satılacaq.

İngiltərədəki şirkətlərdən biri şəhərdə yaşayan insanlar üçün qeyri-adi hədiyyə tapıb. "National Trust" adlı vəqf şüşələrdə təmiz hava satışına başlayıb. Vəqf İngiltərənin ən təmiz ərazilərinin havalarını şüşələrə yığdığını bildirib. Bunların arasında dəniz, meşə və göl qoxusu var. Şirkət bu yolla şəhərlərdə işləyən insanların stresini azaltmağı planlaşdırır.

Araşdırmalara görə, bu ölkədə işçilərin 74 faizi stres keçirir. Onların 70 faizi isə şəhər həyatından uzaqlaşaraq istirahət etməyi arzulayır. İşçilərin 72 faizi rahatlamaq üçün dəniz, 66 faizi isə kənd havasına üstünlük verdiklərini bildiriblər.

Qeyd edək ki, şüşədəki hava bir insanı 10 dəqiqə rahatlatmaq üçün nəzərdə tutulub. İstifadədən sonra geri qaytarılmalı olan şüşə qabların qiyməti barədə heç bir məlumat verilmir.


Tarix: 13.01.2015 / 13:22 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı Məlumatlar