beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kök qadınlarda hamiləlik daha çox pozulur

Kök qadınların hamiləliyədək artıq çəkidən mümkün qədər xilas olmaları vacibdir.

İngiltərə mətbuatının verdiyi məlumata görə, Nyukasldan olan alimlər qrupunun 40 000 qadın arasında apardığı araşdırma belə qənaətə gəlməyə əsas verib.
Mütəxəssislər müəyyənləşdirib ki, kök qadınların hələ hamiləlik dövründə uşağını itirmə riski normal çəkidə olanlarla müqayisədə düz 2 dəfə artıqdır.
Üstəlik, artıq çəki problemi olan anaların dünyaya gətirdiyi körpələrin ilk ildə dünyasını dəyişməsi riski də digərlərindən daha çoxdur.

Həkimlər kök qadınların hamiləlik dövründə arıqlamasını da yolverilməz sayır. Çünki bu, həm qadının özünə, həm də ana bətnindəki körpəyə ziyandır: Odur ki, artıq çəkidən hamiləlik dövrünədək qurtulmaq lazımdır.


Tarix: 13.01.2015 / 12:59 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Maraqlı Məlumatlar