beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən ağır adamı əməliyyat olunacaq

Dünyanın ən ağır adamı kimi tanınan 455 kilo ağırlığında çəkiyə malik olan mühəndis Paul Masoni pəhriz saxlaya bilmədiyi üçün həkimlər onun mütləq nəzarət altında pəhriz saxlamasının vacib olduğunu bildirərək onu klinikaya götürməyə qərar verirlər lakin bütün problem bundan sonra başlayır. Onun evdən 250 km məsafədə yerləşən xəstəxanaya necə aparılması müzakirə obyektinə çevrilir ilk olaraq həkimlər vertalyotdan istifadə etmək qərarına gəlirlər lakin sonra xəstənin təhlükəsizliyi baxımından bu qərar ləğv edilir və xəstəni xüsusi hazırlanmış və gücləndirilmiş ambulansla aparmağa qərar verilir.
Qeyd edək ki, Paul Masoni 48 yaşında və 455 kq ağırlığında o bəzən gündə 20 000 kkal qəbul etdiyini etiraf edib. Normal bir kişi gün ərzində 2 500 kkal qəbul etməlidir.
Paulun gələn həftə əməliyyat olacağı gözlənilir.


Tarix: 13.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Məlumatlar