Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həkimlər qabırğadan götürülmüş qığırdaqdan qulaq hazırladılar

Həkimlər daha bir möcüzəyə imza atıblar. İngiltərədə anadangəlmə sağ qulağı olmayan 9 yaşlı uşaq üçün qulaq hazırlanıb. Bədən üzvünün hazırlanmasında qabırğadan götürülən qığırdaqdan istifadə edilib. BBC-nin məlumatına görə, Ethan Giles-Bovman adlı uşaq "Goldenhar Sendromu" adlı sindromdan əziyyət çəkib. Nəticədə onun sağ qulağının yerində sadəcə bir ət parçası meydana çıxıb.

Həkimlər öncə əməliyyatla qulaq yerindəki dərini kəsərək onu elastikləşdiriblər. Bununla da dəridən kisə düzəlib. Qabırğadan alınan hissəyə xüsusi alətlə forma verilib və o dəri kisənin içərisinə yerləşdirilib.

Qeyd edək ki, əməliyyat qulağın eşitməsinə təsir etməsə də, estetik cəhətdən normal görünüşə malik olacaq.


Tarix: 13.01.2015 / 12:59 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Maraqlı Məlumatlar
loading...