Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

34 barmaqlı uşaq

Hindistanlı uşaq Ginnesin Rekordlar kitabına düşüb.

Hindistanda qeyri-adi görünüşü olan uşaq yaşayır. ANS-in xarici KİV istinadən verdiyi məlumata görə, uşağın qeyri-adiliyi onun barmaqlarının sayındadır.

Belə ki, azyaşlı hindlinin 34 barmağı var. Bir yaşlı Akşat Saxena bu görünüşünə görə, Ginnesin Rekordlar kitabına düşüb.

Uşağın hər əlində 7, ayaqlarında isə 10 barmağı var. Körpənin valideynləri bir necə ildən sonra əməliyyat vasitəsilə artıq barmaqlardan azad olmağı planlaşdırırlar.

Qeyd edək ki, Akşatın doğumuna kimi bu sahədə rekord 6 yaşlı çinli uşağa məxsus olub. Belə ki, onun əl və ayaqlarında 15 barmağı olub. Uşaq 7 saatlıq əməliyyatdan sonra standart barmaq sayına malik ola bilib.


Tarix: 09.01.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı Məlumatlar
loading...