beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən kök kişisi 368,5 kq çəkisi olan Londonlu Keyt Martin sayılır

Martin çəkisi ucbatından hərəkət edə bilmir və gününü yataqda keçirir.

"The Guardian" bildirir ki, Britaniyanın NHS xidmətinin öhdəsində olan bu adama qulluq və zəruri ehtiyaclarını ödəmək üçün 18 nəfər xidmət edir.
Onların 10 nəfəri sanitar, 8-i isə həkimdir.

Londonun şimal-qərbində, Harlesden səmtində yaşayan Martin son 10 ildə yatağını tərk etməyib.
Həftədə 3 dəfə 4 tibb bacısı onun bədənini yuyur, həkimlər isə onu daimi nəzarətdə saxlayırlar.

Meksikalı Munel Uribe indi də dünyanın ən ağır adamı sayılsa da, Martin artıq onu geridə qoyub.
Meksikalı tosqundan fərqli olaraq, Martinin arıqlamaq niyyəti yoxdur.
O, hər gün naharda 2 kq şokolad, tortlar, iki qutu peçenye yeyir, 12 fincan qəhvə içir.
Şam yeməyində isə o, 4 kq qızardılmış ət, 2 kq kolbasa yeyir, sonra da çipslərə əl atır.

"Başıma gələnlər öz günahımdır. Belə olduğuma görə özümə nifrət edirəm", - deyən Martinin sevdiyi qız onu 20 il əvvəl tərk edib. Üstəlik, Martin həddən artıq kök olduğundan onun ölçüsündə paltar tapılmır və buna görə də zavallı yataqda yorğanın altında lüt yatır.


Tarix: 09.01.2015 / 12:01 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Məlumatlar