beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rekonkista

Rekonkista - Pireney yarımadasında yaşayan müsəlmanların xristianlar tərəfindən sıxışdırılar çıxarılmasına səbəb olmuş, dini məzmunlu hərəkat. Rekonkista hərəkatı Qranada əmirliyinin 1492-ci ildə dağılması nəticəsində uğurla başa çatmışdır.

Ərəblər ilk dəfə olaraq Pireney yarımadasına 711-ci ildə Tariq bin Ziyadın başçılığı altında gəlmişdilər. Ərəblərin İspaniyada ağalığı 781 il davam etmişdir. Bu dövr ərzində müsəlmanlar xristianlarla və yəhudilərlə çox tərəfli münasibətlər qurmuşdular. Ərəblər təkcə dövlətçilik sahəsində deyil, eyni zamanda mədəniyyət sahəsindədə böyük işlər olmuşdur. Qranada şəhərində yerləşən və Qranada əmirliyinin hakimiyyəti dövründə inşa olunmuş Əlhambra sarayı, müsəlmanlar tərəfindən tikilmişdir. İspaniyada yaşayan xristinların müsəlmanlara olan münasibəti IX əsrdən etibarən dəyişməyə başladı. 718-ci ildə Şimali İspaniyada dağlarda yerləşən mağaralarda rekonkista hərəkatı üçün döyüşçülər hazırlanırdı. Rekonkista hərəkatının ilk dövrü 718 - 1085-ci illəri, ikinci dövrü isə 1085 - 1238-ci illəri əhatə edir.

1238-ci ildən 1492-ci ilə qədər davam etmiş, üçüncü mərhələ isə Qranada əmirliyinin dağılması ilə nətiçələnmişdir. 1492-ci ildə İspaniyada ərəblərin hakimiyyətinə son qoyulmasından sonra, yəhudilərin deportasiya edilməsinə başlanıldı. 1610-cu ilə qədər müsəlmanlar və yəhudilərin hamısı İspaniyadan qovuldu. İspaniyadan güçlü katolik - xristian dövləti yaradıldı. İspaniyadan qovulan və əndəlüs qaçqınları adlanan toplumu yalnız Osmanlı imperiyası qəbul etmişdi. 1492-ci ilin 2 yanvar tarixində sonuncu Qranada əmiri XII Məhəmməd əbu Abdullahın təslim olması ilə rekonkista hərəkatı yekunlaşdı. 1508-ci ildə xristianlar tərəfindən qəbul olunan qərara əsasən, müsəlmanlar öz dini geyimlərini 6 il müddətində tərk etməli, əvəzində isə xristian geyimləri geyinməli idilər.

XVI əsr boyu müsəlmanlar arasında xristianlıq təbliğatı aparılmışdır. Xristianlığı qəbul edən müsəlmanlar vəzifələrə təyin olunur və onlara torpaq sahələri verilirdi. Təkcə XVI əsrdə üç milyon müsəlman sürgün və ölümlə üzləşmişdir. Xristianlar tərəfindən aparılan əsas təbliğatın biridə, müsəlanmlar tərəfindən tikilmiş tikililərin dağıdılması və ya fəaliyyət sahələrinin dəyişdirilməsindən ibarət idi. Bu yolla onlarla məscid və kitabxana dağıdılaraq yandırılmışdır. Hal-hazırda mövcud olan tarixi tikililərdən yalnız Kardoba şəhərində yerləşən və bu gün kafedral kimi istifadə olunan Kardoba Ulu Məscidi və Əl-Kəsər sarayını və Qranada şəhərində yerləşən və Qranada əmirlərinin mərkəz sarayı olmuş Əlhambra sarayını misal göstərmək olar.


Tarix: 12.03.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 421 Bölmə: Kilseler