beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsa Məsihin Müqəddəs Ruh haqqında dediyi sözlər

İsa Məsihin Müqəddəs Ruhun gəlməsi haqqında dedikləri Əhdi-Cədidin Yəhya Müjdəsi hissəsində yer alır. Məsih Müqəddəs Ruhu “Təsəlliverici” yaxud “Vəsatətçi” və “Həqiqət Ruhu” adlandırmışdır.

“Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun. O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq”.[4]

“Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq”.[5]

“Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək”.[6]

“Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm. O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək: günah barədə, çünki Mənə iman etmirlər; salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub. Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək”.


Tarix: 12.03.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 118 Bölmə: Kilseler