Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğuzlu kilsəsi

Oğuzlu kilsəsi - Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığından 19 km Şimalda, Oğuzlu kəndi ərazisində qədim kilsə.

Kilsənin orijinal ermənicə adı bilnmədiyindən yerləşdiyi kəndin adı ilə adlandırılmışdır. Həmçinin kilsənin nə zaman inşa edilməsi də məlum deyil. Kilsə divarındakı naməlum tarixli kitabə isə abidənin Hassan Gntuni adlı bir nəfər tərəfindən inşa etdirilməsi haqqında məlumat verir. Bu şəxs Kral Smbatın (890-914) dövründə Qarsın hakimi olmuşdur. Yazıda Kral Smbatın adının çəkilmədiyinə görə kitabənin X əsrin başında Qarsda baş vermiş üsyan nəticəsində şəhərin bir müddət Kral Smbatın hakimiyyəti altından çıxdığı dövrdə yazıldığı düşünülür. Dövrümüzə çatmayan başqa bir kitabədə isə kilsənin "şahzadələr şahzadəsi" Aşot Pahlavid tərəfindən bərpa etdirildiyi qeyd edilirmiş.

Daha sonrakı bir tarixdə isə kilsənin Cənub-Qərb küncü çökdüyü düşünülür. Çünki, kilsə divarlarının bu hissəsi sonrakı tarixdə daha kiçik daşlarla yenidən inşa edilmişdir. Daş işçiliyinin bənzərliyindən eyni dövrdə bayır divarlarının yüksəldildiyi, girişlərə divar çəkildiyi, yada girişlərin ölçüsünün kiçildildiyi düşünülə bilər. Bu kilsənin möhkəmləndirilmiş sığınaq kimi də istifadə edildiyinə işarə ola bilər. Eyni texnika yaxınlıqdakı Şirakavan kilsəsində də tətbiq edilmişdir.

Kilsə XX əsrin əvvəllərinə qədər ilkin görünüşünü qoruyub saxlaya bilmişdi. Lakin 1936 - cı ildə baş verən zəlzələ nəticəsində kilsənin qübbəsi və Cənub - Qərb hissəsi çökmüşdür. Bu səbəbdən də dövrümüzə kilsənin yalnız xarabalıqları çatmışdır.

Memarlıq xüsusiyyətləri

Kilsə düzbucaqlının içində yerləşdirilmiş üç zal şəkilli planı varmış. Üstü qübbəli silindr şəkilli alın hissə tağların üstünə yerləşdirilibmiş. Apsisin hər iki tərəfində kiçik şapel olmuşdur. Şapellərin üstündə isə nərdivan olmadan çıxılması mümkün olmayan və çox güman ki, sığınaq kimi nəzərdə tutulmuş kiçik otaqlar da olmuşdur. Bu dövrün digər kilsələrindən fərqli olaraq Şimal və Cənub Qərb apsislərinin yanlarında şapel yoxdur. Bunun əvəzinə isə nə üçün istifadə edildiyi naməlum olan iki kiçik düzbucaqlı otaq vardır.

Kilsənin fasadında ən çox diqqət çəkən qabıq şəkilli pərvazlarla bəzənmiş və dərin oyulmuş nişlərdir. Kilsənin Cənub qapısının yuxarısında qucağında İsanı (ə.s.) tutaraq taxtda oturmuş və mələklərin əhatə etdiyi Məryəm ananın qabartması var.


Tarix: 07.03.2013 / 15:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 432 Bölmə: Kilseler
loading...