beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Milan kafedralı

Les premiers architectes en sont et son fils puis leur succèdent en 1400

Şəbəkə pəncərəsi

Kafedralın xor hissəsi

Milan kafedralının damı

Milan kafedralı (it. Duomo di Milano) ağ mərmərdən tikilmiş Avropanın və İtalyanın ən yaraşıqlı memarlıq abidəsi və dünyanın ən böyük dördüncü kilsəsi sayılır. Beşmənzilli bu məbədin uzunluğu 157 m, eni 109 m, hündürlüyü 106,5 m-dir. Katedralın xor adlanan altar hissəsinin rəngbərəng şüşə şəbəkə pəncərəsi dünyada ən böyük və baxımlısı hesab olunur. Məbəd eyni zamanda 40 000 nəfər qəbul etmək tutumuna malikdir. 1386-cı ildə tikintisinə başlanılsada Napolenun xüsusi göstərişindən sonra XIX əsrdə tamlansada, 1965-ci ilə kimi bəzi yarımçıq qalmış hissələri sona çatdırılmışdır.Mündəricat
1 Ölçüləri
2 Tarixi və memarlığı
3 Mənbə
3.1 Xarici kecidlər


Ölçüləri
Uzunluğu: 157 m
Eni (köndələn): 92 m
Eni (boylama): 16,75 m
Hündürlüyü (boylama): 45 m
Sütunların hündürlüyü: 24,50 m
Sütunların en kəsiyi: 3,40 m
Mərkəzi səkkizbucaqlının hündürlüyü: 65,5 m
Zirvə hündürlüyü: 106,5 m
Məryəmin heykəlinin hündürlüyü (it. La Madonnina): 4,16 m
Apsis pəncərəsinin hündürlüyü: 20,70 x 8,50 m

Tarixi və memarlığı

Milan kafedralının tikintisinı XIV əsrdə Hersoq Gian Qaleço Viskonti tərəfindən başlanılmış 1858 ci ildə bitirilmişdir. Ağ mərmərdən tikilmiı bu kilsə 4000-ə qədər heykələ malikdir. Ən əsası 108,50 m yüksəklikdə yerləşən 4,16 m hündürlüyə malik qızıldan olan Məryəmin heykəli (it. La Madonnina) sayılır. Qotika üslubunda tikilsə də Napolyonun göstərişləri əsasında fasad hissəsində barokko və yeni qotika qarışıq üslubundan istifadə edilmişdir.


Tarix: 07.03.2013 / 15:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 189 Bölmə: Kilseler