Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Konstantinopol Pravoslav Kilsəsi

Konstantinopol Pravoslav Kilsəsi' (yunan. Πατριαρχεῖον Κωνσταντινουπόλεως, Patriarhion Konstandinupoleos) - VI əsrdən etibarən Xristianlıq dünyasında mühüm rol oynamağa başlamış dini mərkəz. Konstantinopol Pravoslav Kilsəsi Pravoslavlıq məzhəbini əsas mərkəzlərindən biri hesab olunur.

1453-cü ildə İstanbul şəhərinin fəth olunmasından sonra sultan II Mehmed şəhərdə yaşayan qeyri-müsəlman əhalinin toxunulmazlığı haqqında fərman vermişdir. Bununla da Konstantinopol Pravoslav Kilsəsi Osmanlı imperiyasının vaxtında belə rəsmi şəkildə fəaliyyət göstərmişdir. II Gennadiosun patriarx seçilməsindən sonra Kilsənin idarə mərkəzi şəhərdə ikinci böyük kilsə olsan Həvari kilsəsinə köçürülmüşdür. Həmin dövrdə Həvari kilsəsi şəhərdə olan ən qədim kilsələrdən hesab olunurdu. Min il əvvəl inşa olunmuş kilsənin bağçasında, Bizans İmperiyası imperatorlarının məzarları da vardı. Şəhərdə xristian əhalinin sayı azaldığından və təhlükəsizlik səbəbindən Konstantinopol Pravoslav Kilsəsinin idarə mərkəzi 1455-ci ildə yenidən köçürülmüşdür.

Patrikxana Pammakaristos monastırına köçürülür. XII əsrdə II İoannes Komnenos tərəfindən hazırlanan Pammakaristos monastırı xristian qaçqınların yerləşdirildiyi Çərşənbə səmtində idi. Həvari kilsəsinə nisbətə daha kiçik və təhlükəsiz olan Pammakaristos monastırı 1518-ci ildə yenidən təmir edilmişdir. Patriarx II İeremiasın Kilsəyə rəhbərlik etdiyi dövründə monastır yenidən inşa edilmişdir. 1586-cı ildə III Muradın hakimiyyəti zamanı boşaldılan monastır, 1591-ci ildə Fetihye adı ilə məscidə cevrilmişdir. Konstantinopol Pravoslav Kilsəsi ilk əvvəl Fənər Vlah kilsəsini, 1597-ci ildə isə Ayvansarayda yerləşn Aios Dimitrios kilsəsinə köçürülmüşdür.

Konstantinopol Pravoslav Kilsəsi 1602-ci ildə Aios Yeorios Monastırına köçürülmüş və bu tarixdən etibarən burada fəaliyyət göstərmişdir. II Mehmed tərəfindən Kilsəyə verilən hüquqların böyük bir qismi Kilsə üzvlərinin əlindən alınmışdır. Xristian cammatın evlənmə, dəfn mərasimləri kimi adətləri Osmanlı məmurları tərəfindən izlənilirdi. Konstantinopol Pravoslav Kilsəsinin rəhbəri Patriarx adı ilə tanınmışdı. Patriarxlar Osmanlı sarayında vəzir status daşıyırdılar. Digər bir dindən olmasına baxmayaraq patriklər və İstanbulda yaşayan xristian din adamları bütün növ vergilərdən azad edilmişdir. Patriarxlar İstanbulda yalnız xristian icmasının üzvlərinin iştirak etdiyi, dini məclisə rəhbərlik edirdilər. Patriarxlara dini və hüquqi qanunlara tabe olmayan xristianları cəzalandırmaq səlahiyyəti verilmişdi. Bununla da Konstantinopol Pravoslav Kilsəsi patriarxının səlahiyyət və imtiyazları Osmanlı imperiyasında, Bizans İmperiyasındakından daha çox olmuşdur.

1856-cı ildə qəbul edilmiş, İslahat fərmanı ilə Konstantinopol Pravoslav Kilsəsinin hüquqları yalnız dini səhələri əhatə etməklə azaldıldı. Patriarxların həyatlarının sonuna qədər vəzifədə qalmaları qərarı qəbul edildi. Türkiyə dövləti qurulandan sonra Kilsə dini baxımdan mühüm rol oynamırdı. 1930-1950-ci illərdə Konstantinopol Pravoslav Kilsəsi yalnız İstanbul şəhərində yaşayan etnik yunanlara xidmət göstərirdi. 1941-ci ildə patrikxananın yerləşdiyi bina yanmışdır. 1989-cu ildə memar Aristidis Pasadeosun rəhbərliyi ilə bina yenidən təmir edilməyə başlanılmış və təmir işləri 1991-ci ilə qədər davam etmişdir. Müasir dövrdə ciddi dini təsirə malik olmasa da, Konstantinopol Pravoslav Kilsəsi bu gün də fəaliyyət göstərir və dünyada olan müxtəlif kilsələrlə daim əlaqə saxlayır. Kilsənin indiki rəhbəri patriarx I Bartholomeosdur.


Tarix: 12.03.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Kilseler
loading...