Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qabaqtəpə məbədi

Qabaqtəpə məbədi - Daşkəsən rayonu Qabaqtəpə kəndinin mərkəzində, yolun kənarında yerləşən məbəd. Məbəd albanlara məxsus olmuşdur və tikilmə tarixi 15 əsrə aid edilir. Məbəd üçnefli düzbucaqlı bazilikadan ibarətdir. Bazilikanın xarici ölçüləri 21.75 X 13.30 metrdir. Təəssüf ki, erməni barmağı bu məbəddən də yan keçməyib. Məbədə məxsus nadir əşyalar başqa ünvanlara daşınıb. Daxildən möhtəşəm görünən bu məbədin xarici quruluşu olduqca yığcam formadadır. Məbədin hazırda bərpaya ehtiyacı var.


Tarix: 06.03.2013 / 14:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 200 Bölmə: Kilseler
loading...