beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pasxanın keçirilməsi Yəhudilərdə

Pesax axşamı keçirilən bayram sürfəsi və onunla bağlı olan bütün rituallar “seder” adlanır (seder `nizam` deməkdir). Pasxa mərasiminin əsas qanunu İsrailin Misirdən çıxışını uşaqlara nəql etməkdir:

Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”». (Tövrat, Çıxış Kitabı 12:26-27)

Pasxa ilə əlaqəli qanunlar “Psaxim” adlı traktatda verilir. Pasxa həftəsindən əvvəl yəhudilər öz evlərində və malik olduqları digər ərazilərdə olan bütün mayanı yığışdırıb yandırır yaxud yəhudi olmayan şəxslərə satırlar. Bayramın ilk günündə hamı mayasız çörək yeməlidir, qalan günlərində isə mayasız çörək yeməmək də olar, ancaq maya qatılmış xəmirdən hər hansı bir şey yemək qadağandır.

Pasxanın ilk günündə sinaqoqda “Hallel” oxunur. Hallel Zəbur kitabının 113-118-ci fəsillərindən ibarətdir.[13]

Xristianlarda

Ənənəvi Pasxa yumurtaları

Xristianların Pasxa bayramı ilə bağlı müxtəlif adət-ənənələri vardır. Bir çox kilsələrdə möminlər Pasxadan əvvəl 40 gün müddətində oruc tuturlar. Bu oruc İsa Məsihin ölümünü yad etmək üçün nəzərdə tutulduğundan, onun əsas şərtləri müəyyən ət növlərindən və əyləncələrdən imtina etməkdir.

Pasxa bayramından bir həftə öncə rus pravoslav kilsəsində “pişik-söyud həftəsi”, Qərb kilsələrində isə “palma həftəsi” adlanan həftə başlanır. Bayrama qalan sonuncu bazar günü möminlər kilsəyə gedib, özləri ilə pişik-söyud yaxud palma ağacının budaqlarını aparırlar. Bu budaqları kilsədə təqdis edirlər.

Pravoslav və katolik kilsələrində bayramdan əvvəlki şənbə gününün gecəsində adətən gecə duası aparılır. Xüsusi ayinlər, liturgiyalar keçirilir. Protestant kilsələrində də təntənəli bayram toplantıları keçirilir. Bütün xristianlar Pasxa bayramında bir-birinə “İsa dirildi!”, cavabında da “Həqiqətən dirildi!” deyirlər.


Tarix: 12.03.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 299 Bölmə: Kilseler