Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XXIII İoann

XXIII İoann (Ancelo Cüzeppe Ronkalli, 25 noyabr 1881, Sotto-il-Monte - 3 iyun 1963) - Roma Papası (1958-1963). İkinci Vatikan məclisini çağırmış, Kilsənin yeniləşməsi ("acornamento") siyasəti aparmışdır. Yeddi ensiklikanın müəllifidir, o cümlədən "Mater et Magistra" ("Ana və Təlimçi", 1961) və "Pacem in Terris" ("Torpaqlarda Sülh", 1963). Pravoslav və protestant xadimlərilə əlaqə saxlamışdır. Bir vaxt Berqamo yepiskopunun katibi olmuş, Birinci Dünya müharibəsində tibb serjantı, sonra keşiş vəzifəsində işləmişdir. 1925-ci ildə Papa nümayəndəsi vəzifəsində Bolqarıstana yollandırmışdır. İkinci Dünya müharibəsində Ronkalli yəhudilərin işğal edilmiş Macarıstandan xilas etməsində iştirak etmiş, 1944-cü ildə Fransaya Papa nunsisi təyin edilmişdir. Sonra kardinal və Venesiya arxiyepiskopu olmuş, 1958-ci il oktyabrın 28-də Roma Papası seçilmişdir.


Tarix: 08.03.2013 / 14:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Kilseler
loading...