Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
Portağallı desert
Portağallı desert

MATERİAL SİYAHISI:

3 su stəkan portağal suyu
1 çay stəkanı toz şəkər
3 xörək qaşığı nişasta

KREMİ ÜÇÜN:

4 su stəkanı süd
1 su stəkanı toz şəkər
6 xörək qaşığı üyüdülmüş un

İÇİ:

Portağalları ikiyə kəsirik və sıxırıq. Süzgəci bir dolçanın ağzına qoyuruq və portağal suyunu süzürük. 3 su stəkanı portağal suyunu kiçik bir qazana tökürük. Şəkər tozu və nişasta əlavə edirik. Çırpma teliylə qarışdıraraq bişiririk. Konsistensiya koyulaş-ıb qaynayanda altını bağlayırıq. Qəlibi isladırıq və portağal sousunu qəlibə tökürük. Soyumağa qoyuruq.

Kremi üçün, südü, şəkər tozu və üyüdülmüş unu polad qazana tökürük. Çırpma teliylə qarışdıraraq bişiririk. Konsistensiya koyulaş-ıb qaynayanda altını bağlayırıq. Portağal sos soyuyub üstü qabıq bağlayanda, hazırladığımız kremi axıcı halda üstünə tökürük. Bu şəkildə soyumağa qoyuruq. Tamamilə soyuyanda boşqaba tərsinə çeviririk.


Tarix: 14.06.2015 / 09:11 Müəllif: Nurana Baxılıb: 29 Bölmə: Desertlər
loading...