beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiyələkli çörək şirnisi
Çiyələkli çörək şirnisi

MATERİAL SİYAHISI:

12 ədəd qızarmış duzsuz çörək
1 su stəkanı toz şəkər
1,5 su stəkanı su

KREMİ ÜÇÜN:

1 litr süd
1 su stəkanı toz şəkər
1 paket vanil
3 xörək qaşığı un
2 xörək qaşığı qarğıdalı nişastası
1 poşet köpükləndirilmiş şəndi

ÇİYƏLƏK SOUSU ÜÇÜN:

600 q çiyələk
1 çay stəkanı toz şəkər
2 xörək qaşığı qarğıdalı nişastası
1 su stəkanı su

İÇİ:

Qızarmış duzsuz çörəkləri düzbucaqlı şüşə soba qabına düzürük. Toz şəkəri polad tavaya qoyuruq və zəif odda əridirik. Şəkər karameldə olanda suyunu veririk və qarışdırırıq. Çörəklərin üzərinə karamel sousu tökməklə isladırıq.

Kremi üçün, südü qazana qoyuruq. Toz şəkəri, vanili, unu, nişasta əlavə edirik. Çırpma teliylə qarışdıraraq bişiririk. Konsistensiya koyulaş-ıb qaynamağa başlayanda altını bağlayırıq və soyumağa qoyuruq. Çiyələkləri seçirik və doğrayıcıdan keçiririk. Qazana çiyələk püresini qoyuruq. Toz şəkər, nişasta, suyu əlavə edirik. Çırpma teliylə qarışdıraraq bişiririk. Konsistensiya koyulaş-ıb qaynayanda altını bağlayırıq və soyumağa qoyuruq.

Krem soyuyanda içinə krem şantiyi qoyub mikserlə qarışdırırıq. Çörəklərin üzərinə tökürük və üzərini spatula-la düzəldirik. Onun üzərinə də soyumuş çiyələk püresini tökürük. Yaşıl fıstıqla bəzəyərək xidmət edirik.


Tarix: 11.06.2015 / 13:53 Müəllif: Nurana Baxılıb: 29 Bölmə: Desertlər