Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Banan qızartması

Ərzaq

4 ədəd orta boy banan
1 yumurta ağı
1 şüşə soda ( qazlı su)
½ çay qaşığı duz
1 su stəkanı un
1 çay qaşığı darçın
1 yemək qaşığı pudra şəkəri
Qızartmaq üçün yağ
Üstü üçün Bal


Hazırlanışı

Yumurta ağını az duzla köpürənə qədər çırpın.
Ayrı bir yerdə un, mineral su, pudra şəkəri və darçını çırpın. İçinə yumurta ağını əlavə edib qarışdırın.
Bananları yumru dilim edin. Qarışığa bulayıp qızğın yağda üstünü altını qızarana qədər bişirin.Süfrəyə verəndə üstünə bal tökün. Nuş olsun.


Tarix: 18.12.2012 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 570 Bölmə: Desertlər
loading...