beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kremli kadayif deserti
Kremli kadayif deserti

MATERİAL SİYAHISI:

300 q tel kadayıf
1 çay stəkanı toz şəkər
3 xörək qaşığı qoz
1 şirin qaşığı darçın

KREMİ ÜÇÜN:

1 litr süd
1 su stəkanı toz şəkər
2 xörək qaşığı nişasta
1 xörək qaşığı un
1 xörək qaşığı düyü unu
1 paket vanil
1 xörək qaşığı kərə yağı

ÜZƏRİ ÜÇÜN:

Gilas şirniyyat

İÇİ:

Kremi üçün, südü qazana tökürük. Toz şəkər, nişasta, unu, düyü ununu və vanili əlavə edirik. Çırpma teliylə qarışdıraraq bişiririk. Konsistensiya koyulaş-mağa başlayanda kərə yağını qoyuruq və qarışdırırıq. Qaynayanda altını bağlayırıq və soyumağa qoyuruq.

Kadayıf-ı incə nazik doğrayırıq. Əlimizlə havaya qaldıraraq yapışmasına mane oluruq. Qazana kadayıf-ı alıb yağsız olaraq qovurmaya başlayırıq. Taxta qaşıqla tez-tez qarışdırırıq. Kadayıf qızaranda şəkər tozunu əlavə edirik və bir az daha qovururuq. Çəkilmiş qozu və toz darçını əlavə edirik. Qarışdıraraq geniş bir qaba tökürük və soyumağa qoyuruq. Dar kuba stəkanlara əvvəl kadayıf qoyuruq, sonra krem qoyuruq. Cəmi 3 dəfə kadayıf, 2 dəfə krem qoyuruq. Kadayıf-ların üzərində, tam ortaya krem sıxırıq və onun da üzərində bir dənə gilas şirniyyat oturdaraq xidmət edirik.


Tarix: 12.06.2015 / 14:10 Müəllif: Nurana Baxılıb: 108 Bölmə: Desertlər