beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kremli çiyələk şirnisi
Kremli çiyələk şirnisi

MATERİAL SİYAHISI:

2 yumurta
1 çay stəkanı toz şəkər
1 xörək qaşığı kakao
1 paket qabartma tozu
2 xörək qaşığı un
2 xörək qaşığı su

KREMİ ÜÇÜN:

1 litr süd
1 su stəkanı toz şəkər
2 xörək qaşığı un
1 xörək qaşığı nişasta
1 paket vanil
1 poşet köpükləndirilmiş şəndi

ÜZƏRİ ÜÇÜN:

Çiyələk
1 çay stəkanı su
1 xörək qaşığı şəkər tozu
1 şirin qaşığı qarğıdalı nişasta

İÇİ:

Yumurtaları qarışdırma qabına qırırıq. Şəkər tozu tökürük və mikserlə yaxşıca köpüklənən qədər çalırıq. Suyu töküb təkrar qarışdırırıq. Kakao, qabartma tozunu və unu da qoyub son dəfə çalırıq. Yağlanmış yumru şüşə soba qabına tort xərcini tökürük. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.

Kremi üçün, südü qazana tökürük. Toz şəkəri, unu, nişasta və vanili əlavə edirik. Çırpma teliylə qarışdıraraq bişiririk. Konsistensiya koyulaş-ıb qaynamağa başlayanda altını bağlayırıq. Kremi soyumağa qoyuruq. Krem soyuyanda içinə köpükləndirilmiş krem şantiyi qoyuruq və mikserlə çalırıq.

Tort bişirib də soyuyanda üzərinə tökürük. Bu şəkildə tamamilə soyuduruq. Çiyələkləri doğrayırıq. Şirininin üzərinə çiyələkləri qoyuruq. Jele üçün, suyu və nişasta kiçik bir qazana tökürük. Toz şəkəri də götürüb çırpma teliylə qarışdıraraq bişiririk. Soyuyanda çiyələklərin üzərinə qaşıq qaşıq tökürük. Bu şəkildə soyudub xidmət edirik.


Tarix: 11.06.2015 / 15:58 Müəllif: Nurana Baxılıb: 60 Bölmə: Desertlər