beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

+++++++++"Kumpir"

Tərkibi:
4 ədəd orta boy kartof.
4 çay qaşığı kərə yağı.
4 yemək qaşığı kəsilmiş holland pendiri.
4 çay qaşığı duz.
4 yemək qaşığı qatıq.
4 çay qaşığı incə doğranmış şüyüd.
1 su stəkanı qarğıdalı konservi.

Hazırlanması:
Kartofları bol su ilə yuduqdan sonra tək-tək alüminium folqoya bağlayın. Əvvəldən isidilmiş 200 dərəcə sobaya yerləşdirib ortalama 30 dəqiqə bişirin.
Bişən kartofları sobadan çıxarıb üfüqi şəkildə ortadan kəsin.
Desert qaşığın köməyi ilə kərə yağı və duzu kartofun içinə qoyub qarışdırın. Qarğıdalını, kartofu içinə doldurun.
Kəsilmiş holland pendiri və qatığı töküb qarışdırın. Üzərinə şüyüd səpdirib, daha sonra xidmət edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 15:05 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Dünya mətbəxi