beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soğanlı italyan çörəyi

Tərkibi:
1 st. qaynanmış isti su
1 st. buğda unu
5 q maya
1 ç.q. duz
1 desert qaşığı şəkər tozu
1 x.q. xama
1 x.q. bitki yağı (xəmirə)
2 baş soğan
soğanı qovurmaq üçün bitki yağı

Bu çörəyi şorba, yaxud ana yeməklə, eləcə də üzərinə kərə yağı çəkib qəhvə və ya çayla birlikdə süfrəyə vermək olar.

Hazırlanması:
Ləyənə isti su tökün. Şəkər tozu, duz, maya və 1 x.q. unu içində əridin. Baratanı 20 dəqiqə isti yerdə saxlayın.
Barata gələnədək soğanı hazırlayın. Təmizləyib xırda doğrayın, yağda qızılı rəng alanadək qovurun. Soyudun.
Baratanın içinə qovrulmuş soğanı, xamanı, yağı əlavə edin, tədricən un vurmaqla elastik qatı xəmir yoğurun. Hazır xəmirin üzərini örtüb isti yerdə təxminən 1 saat saxlayın. Sonra həcmi iki dəfə böyümüş xəmiri ətləyin, kündələyin.
Siniyə ün səpin. Kündəni içinə qoyun. Üstünü yenə örtün. 15 dəqiqə saxlayın. Sonra üzərinə bitki yağı çəkin, iti bıçaqla bir neçə yerindən çərtin, qızdırılmış sobada 30 dəqiqə bişirin.
Hazır çörəyi sobadan çıxarıb üstünü dəsmalla örtüb yarım saat «özünə gəlməsini» gözləyin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 15:03 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Dünya mətbəxi