beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kartof pizzasnını tərifi

Tərkibi:
1 ədəd kartof
1 ədəd yumurta
1 ədəd kiçik pomidor
5-6 dilim sosiska
Rəndələnmiş holland pendiri
duru yağ
zeytun
duz

Hazırlanması:
Kartofu soyduqdan sonra çox incə olmayan dairələr şəklində doğrayın. Maye yağı tavaya qoyaraq üzərinə kartofları əlavə edin. Tavanın üzərinə bir qapaq qoyaraq orta atəşdə kartofları bişirin. Yumurtanı bir qabda yaxşıca çırpın və duzunu əlavə edin. İçinə qara bibər və ya istədiyiniz hər hansı bir ədviyyatı əlavə edə bilərsiniz. Daha sonra yumşalan kartofların üzərinə yumurtanı əlavə edin. Üzərinə kiçik kiçik doğradığınız pomidoru, sosiskanı, zeytunu əlavə edin. Son olaraq da holland pendirindən əlavə edin. Təkrarən üzərinə bir qapağını qoyaraq 2-3 dəqiqə pendir əriyənə qədər bişirin.

Nuş olsun.


Tarix: 29.11.2014 / 14:35 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Dünya mətbəxi