beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ətli çiy börək resepti

Tərkibi:
Un – 3 stəkan
Sirkə – 1 x/q.
Duz – zövqə görə
Su – apardığı qədər
Zeytun yağı – 2 x/q.

İç üçün:
Çəkilmiş ət – 250 qr.
Soğan – 1ədəd
Duz-istiot – zövqə görə
Su – 4-5 x/q.

Hazırlanması:
Böyük qaba unu, duzu, sirkəni, yağı, suyu əlavə edib, xəmir yoğurun.
Sonra onun üstünü nəm dəsmalla örtüb, 15-20 dəqiqə kənara qoyun.
Bu vaxt ərzində ətə duz və istiot əlavə edin.
Soğanı ya sürtgəcdən keçirib, ya da xırda-xırda doğrayıb, ora əlavə edin.
Dinlənən xəmirdən (qozdan bir qədər iri) kündələr ayırın.
Həmin kündələri açın. Açdığınız xəmirin bir tərəfinə 1 x/q. qiymə qoyun və qaşığın tərsiylə yayın.
Xəmirin o biri tərəfi ilə üzərini örtüb, qıraqlarını möhkəm bağlayın.
Börəklərin hər iki üzünü dərin tavada, bol yağın içində qızardın. Yemək hazırdır!

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:38 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Dünya mətbəxi