beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quakamole

Tərkibi:
* 4 Ədəd çili istiotu
* 3 avokado
* 2 pomidor
* 1 baş soğan
* 1 dəstə keşniş
* 0,5 laym
* Duz - zövqə görə

Hazırlanması:
Pomidorları təmizləyib xırda doğrayın. Çilini təmizləyib soğan və keşnişlə birlikdə xırdalayın. Bir iri həvəngdəstədə çili, keşniş, pomidor və soğanı eynicinsli pasta halına düşənədək əzin. Azca duz vurub qarışdırın. 1-2 x.q. su və yarım laymın şirəsini əlavə edin ki, pasta bir az duru olsun. Avokadonu təmizləyin. Dənəsini çıxarın. Lətini kubik doğrayın. Pastaya əlavə edib əzin. Quakamoleni adətən qarğıdalı çipsləri ilə süfrəyə verirlər. Amma çörəklə, yaxud digər təamlarla (xüsusilə də Meksika mətbəxinə məxsus olanlarla) da yeyilir.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:52 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Dünya mətbəxi