beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cizburger

Tərkibi (1 pay):

100 q ət
1 yumurta
1 çimdik duz
1 çimdik istiot
1 balaca baş soğanın yarısı
çörək dilimi
1 st. süd
1 bulka
2 dilim əridilmiş pendir
1 marinə edilmiş xiyar
1 kahı yarpağı
1 pomidor dilimi
mayonez
Hazırlanması :

Əti ət maşınından keçirin. Yumurta, süddə isladılmış çörək, xırdalanmış soğan, duz, istiot əlavə edib qarışdırın. Bulkanın diametri boyda və 1 sm-dən qalın olmayaraq kotlet düzəldib o üz-bu üz qızardın. Çalışın, çox qurumasın.

Şirin olmayan bulkanı iki yerə bölüb 1 dəqiqə mikrodalğalı sobada saxlayın.

Bulkanın alt hissəsinin üstünə azacıq mayonez çəkin, kahı yarpağı, 1 dilim əridilmiş pendir, bişmiş kotlet, üstündən yenidən əridilmiş pendir dilimi qoyun. Marinə olunmuş xiyarı halqa doğrayıb pendirin üstündən qoyun. Hər xiyar diliminin üstünə bir damla mayonez vurun. Bulkanın o biri yarısını üstdən qoyun. Çizburger hazırdır.

Bekonlu çizburger (4 pay)

Tərkibi:

600 q qiymə
0,5 ç.q. duz
istiot
3-4 damcı «Tabasko» sousu
2 x.q. bitki yağı
1 pomidor
1 balaca qırmızı soğan
1 xiyar
4 kahı yarpağı
8 dilim bekon
4 üstü küncütlü hamburger bulkası
4 ç.q. mayonez
4 dilim çedder pendiri
4 ç.q. ketçup
Hazırlanması :

Qiymənin içinə duz, istiot, «Tabasko» sousu əlavə edib qarışdırın, 4 kotlet hazırlayın. Bitki yağında hər iki üzü qızaranadək bişirin, sonra ocağı azaldıb daha 2-3 dəqiqə bişirin.
Pomidor, xiyar və soğanı halqa doğrayın. Kahı yarpaqlarını yuyun. Bekon dilimlərini yanmayan tavada hər iki üzü qızılı rəng alanadək qızardın, salfetkanın üstünə düzüb yağının çəkilməsini gözləyin.

Bulkaları tosterdə azca qızdırın, yarı bölün. Hər bulkanın alt hissəsinə 1 ç.q. mayonez çəkin, 1 kahı yarpağı qoyun. Sonra lay-lay düzün: kotlet + soğan + pendir + xiyar + pomidor + 2 dilim bekon + 1 ç.q. ketçup + bulkanın üstü


Tarix: 29.11.2014 / 14:30 Müəllif: Aziza Baxılıb: 106 Bölmə: Dünya mətbəxi