beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İspan üsulu şarlotka

Tərkibi:

4-5 alma
200 q kərə yağı
4 yumurta
125 q badam (qoz, fındıq)
2 x.q. kakao tozu
1 ç.q. darçın
1 ç.q. qabartma tozu
130-200 q un (özlülüyündən asılı olaraq)
7 x.q. şərab (amaretto, rom, konyak, likör)


Hazırlanması :

Almaları təmizləyin, kubik doğrayın, ətirli şərabda (məsələn, amaretto) marinə edin, ləyənin ağzına qida plyonkası çəkin.
Yumşaldılmış kərə yağını ağarıncayadək çalın, tədricən narın şəkər tozu əlavə edin, sonra mikserin ən yuxarı sürətində 5 dəqiqə çalın.
Bir-bir yumurta əlavə edib kütlənin həcmi 2 dəfə artınca çalın.
Badamı xırdalayın, kakao və darçın əlavə edin.
Bu qarışığı yumurtalı kütləyə əlavə edin.
Şərabda marinə etdiyiniz almaları əlavə edin.
Xəmiri yağlanıb perqament döşənmiş formaya tökün.
180 dərəcə qızdırılmış sobada 60 dəqiqə bişirin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:52 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Dünya mətbəxi