Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Prebranas

Tərkibi:
500 q iri ağ lobya
1 kq baş soğan
150 ml bitki yağı
4-5 diş sarımsaq
3 dəfnə yarpağı
duz
istiot
2 ç.q. üyüdülmüş şirin qırmızı istiot (paprika)
1 ç.q. üyüdülmüş acı qırmızı istiot
1 x.q. tomat pastası

Hazırlanması:
Lobyanın üstünə su töküb bir gecə saxlayın.
Sabahı gün suyu süzün, lobyanı yuyun. Üstünə təzə su töküb qaynatmağa qoyun. Qaynayandan sonra bu suyu da süzün və lobyanın üstünə 2 barmaq çıxana qədər qaynar su tökün.
Yumşalınca bişirin. Dəfnə yarpağı və iri doğranmış baş soğan əlavə edin. Lobya bişəndən sonra aşsüzənə tökün, amma suyunu atmayın.
Soğanı yarımhalqa doğrayın (hə, çox görünə bilər, amma belə lazımdır - düz 1 kq). Bitki yağında qovurun. Lobyanın suyundan azca əlavə edin. Sonda əzilmiş sarımsaq, acı və şirin qırmızı istiot əlavə edin.
Oda davamlı qabı (saxsı olsa, daha yaxşı olar) bitki yağıyla yağlayın. Dibinə lobya, üstünə qovrulmuş soğan, sonra yenə lobya-soğan-lobya döşəyin.
Lobya suyunda tomatı əridin, lobyanın üstünə 1 barmaq çıxınca tökün. 180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Suyu qatılaşanda prebranas hazır olur. Amma çox qurumasına imkan verməyin.
Soyuyanda da ləzzətli olur.

Nuş olsun.


Tarix: 29.11.2014 / 14:54 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Dünya mətbəxi
loading...